“Oynayan biz olduq, udan “Neftçi”

18.12.2024 16:59 404
Aktual / Ölkə futbolu
“Neftçi” hesabat turunda evdə “Kəpəz”i 2:1 hesabıyla məğlub etdi.

Elitada qalmaq uğrunda mübarizədə gəncəlilərin əsas rəqiblərindən olan “Səbail” isə Şamaxı səfərindən xalla qayıtdı. Bu durum “Kəpəz” azarkeşlərini nə dərəcədə razı salır? “Xəmsə” fanklubunun rəhbəri Müşfiq Məmmədovun fikirləri:

"Oynayan biz olduq, udan “Neftçi”. “Səbail”in xal qazanması isə bizdən çox rəhbərliyi və məşqçi heyətini narahat etməlidi. Artıq qış fasiləsi yaxınlaşır, transfer dönəmidi. Diqqətli olub düzgün seçim etməkdən çox şey asılıdır. Kim doğru seçimlər etsə, o da irəliləyəcək”.

AYGÜN MİRZA

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul