Yevlax təmsilçisi konkret epizodları gündəmə gətirməklə iddia edir ki, hakim matçı ədalətli idarə etməyib. AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerenin premyer-liqada baş verən mübahisəli epizodları şərh etdiyini bilirik. “Karvan”ın ciddi narazılığını nəzərə alsaq, bu oyunda yaşananların da belçikalı mütəxəssis tərəfindən incələnməsi mümkündümü?
“Football-plus.az”ın sualını AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Elnur Məmmədli cavabladı:
“Məlum olduğu kimi, 1-ci liqada VAR sistemi tətbiq edilmir. Həmçinin “Karvan” – Qəbələ” matçı “CBC Sport” tərəfindən canlı yayınlanmayıb. Belədə epizodları bir neçə rakursdan təkrar izləmək mümlün deyil. Bu səbəbdən Frank De Blekere həmin oyundakı epizodları şərh etməyəcək”.
KƏNAN BAHADIR






