Uzun müddətdən sonra meydana dönür

2.12.2024 11:54 302
İdman
Presnel Kimpembe ilə bağlı sevindirici xəbər yayılıb.

Uzun müddətdi zədədən əziyyət çəkən PSJ-nin futbolçusu meydana çıxmağa hazırdı. Fransalı müdafiəçinin adı hətta Çempionlar Liqasında “Bavariya” ilə oyun üçün iştirak ərizəsinə daxil edilib.

29 yaşlı futbolçu 2023-cü il fevralın 26-da zədələnmişdi. Daban vətəri qırılan müdafiəçi uzun müddətdən sonra meydana çıxmaq imkanı qazanıb. Presnelin PSJ-də 2014-cü ildən çıxış etdiyini də xatırladaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul