“Düzü, vəziyyətləri çox da yaxşı deyil, amma...” – Rüfət Quliyev yenidən Albaniya klubu çalışdıracaq?

25.11.2024 20:08 373
Aktual / Ölkə futbolu
Bir neçə həftə öncə “Bülis”dən gözlənilməz şəkildə ayrılan Rüfət Quliyev yenidən Albaniya klubundan təklif alıb.

Belə ki, 1-ci liqada mübarizə aparan “Erzeni” Quliyevə baş məşqçi dəvəti göndərib. Lakin ötən ay maaşı verilmədiyinə görə Albaniyadan qayıdan mütəxəssisin hansı qərarı verəcəyi dəqiq bilinmir.

Görəsən, Quliyev ikinci dəfə Albaniyaya yollanacaq?

Rüfət bəyin “Football-plus.az”a cavabı belə oldu:

“Doğrudu, Albaniyanın 1-ci klubu “Erzeni” mənə təklif göndərib. Düzü, vəziyyətləri çoxda yaxşı deyil. Amma məni baş məşqçi kimi görmək istədilər. Lakin ailə vəziyyətimə görə Albaniyaya qayıda bilmirəm. Ondan öncə də dediyim kimi, Azərbaycanda qalacam. Hazırda xaricə getməyim real görünmür. Burda qalıb işləmək istəyirəm. Hələ ki, təklif yoxdu. Ona görə də məcburən gözləyirəm”.


RÖYANƏ OĞUZ