Osimheni yenə ''Arsenal''a məsləhət gördülər

18.11.2024 22:40 322
Dünya futbolu
''Arsenal''ın sabiq fransalı üzvü Villiam Qallas londonlulara yaxşı bir mərkəz hücumçusu transfer etməyi məsləhət görərək ''Qalatasaray''da icarə əsasında top qovan Viktor Osimhenin adını çəkib.

Bir müddət öncə digər sabiq fransalı futbolçu Patris Evra da bu mövzuya toxunaraq ''necə olur ki, ''Qalatasaray'' Osimheni transfer edir, amma ''Arsenal'' edə bilmir?'' açıqlamasını vermişdi. Qallas bunları deyib:

''Yanvarda ''Arsenal''a bir futbolçu gətirmək hüququm olsaydı, bu, dünya səviyyəli bir forvard olardı. Amma qışda bu tərz oyunçu tapmaq və almaq çətindi. Osimhenin ''Qalatasaray''da olduğunu bilirəm. Açığı, onun nə üçün hələ də orda olduğunu anlamıram. Əsil ''Arsenal''ın ehtiyac duyduğu özəlliklərə sahibdi. Ola bilər ki, mövsüm ərzində 20 qol vurmayacaq. Amma rəqib müdafiəçilərə çətin anlar yaşadaraq onları daim gərginlikdə saxlayacaq. Bunun sayəsində ətrafındakı futbolçular üçün qol fürsətləri yaranacaq''.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul