Emin zədəyə görə millimizin heyətindən çıxarıldı

14.11.2024 13:53 402
Ölkə futbolu
Millimizin futbolçusu Emin Mahmudov heyətdən çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Zədələnən Mahmudovun əvəzinə “Zirə"nin yarımmüfadiəçisi İsmayıl İbrahimli milliyə dəvət alıb.

Qeyd edək ki, milli komandamız Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 16-da Qəbələdə Estoniya, noyabrın 19-da isə Solnada İsveçlə qarşılaşacaq.