Millimizin futbolçusu heyətdən çıxarıldı

5.11.2024 23:59 268
Yığma
17 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində dəyişiklik edilib.

“Football-plus.az” xəbər verir ki, “Neftçi”nin futbolçusu Kamil Məmmədovun tibbi müayinədən keçdikdən sonra həkimlərin rəyinə əsasən toplanışdan kənarda saxlanılması qərara alınıb.

“Sabah”ın oyunçuları Həzrət Səmədov və Əlibəy Mahmudov isə UEFA Gənclər Liqasında İsveçrənin “Bazel” klubuna qarşı keçiriləcək matçın ardından noyabrın 6-da toplanışa qoşulacaqlar.

Qeyd edək ki, U-17 noyabrın 4-7-də Qəbələdə, 8-9-da Bakıda təlim-məşq toplanışı keçəcək. Millimiz noyabrın 10-dan 20-dək Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Macarıstan, Yunanıstan və Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul