• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Neymar bir ildən sonra döndü və yenə zədələndi - budəfəki zədə nə dərəcədə ciddidi?

Dünya futbolu

12-11-2024, 10:0

Neymar xaçvari bağın qırılması və menisk zədəsinə görə birillik müalicə-bərpa dövrünü arxada qoyaraq böyük həvəslə yaşıl meydana döndü. Ancaq braziliyalı növbəti dəfə məyus oldu.

Belə ki, Asiya Futbol Konfederasiyasının Çempionlar Liqası çərçivəsində noyabrın 4-də keçirilən “İstiqlal”la oyun onun üçün uğursuz keçdi. “Əl-Hilal”ın braziliyalı ulduzu cəmi yarım saat sonra sağ ayağında narahatlıq hiss etdi və əvəzlənməsini istədi. O, meydanı müstəqil şəkildə, ancaq axsaya-axsaya tərk etdi...

Bu dəfə necə zədələndi?
Neymar İran klubu ilə oyunun 58-ci dəqiqəsində meydanda göründü. Buna qədər isə yenə Çempionlar Liqası çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu ilə oyunda sonradan meydana çıxmışdı. “Əl-Hilal”ın baş məşqçisi Jorje Jezuş ona həmin oyunda cəmi 13 dəqiqə şans verdi.
“İstiqlal”la oyunda isə braziliyalı yarım saat oynadı: Abdulla əh-Hamdanın əvəzinə meydana çıxdı. Düzdü, final fitinə az qalmış Neymarın özünü də əvəzləmək lazım gəldi. Epizodların birində oyundaşının ötürməsini qəbul etmək üçün cərimə meydançasına daxil olan braziliyalı topu ram etmək istəyərkən sağ ayağını qaldırdı və dərhal ağrı duydu. Çox güman, Neymar əzələ zədəsi ilə üzləşdi: uğursuz hərəkətdən sonra axsamağa başladı, budunun arxa hissəsindən yapışdı. Hücumçu əvəzlənməsini istədi: 87-ci dəqiqədə onun əvəzinə Məhəmməd əl-Kahtani oyuna qoşuldu.

Bəlkə də tələsik qayıdıb
Belə fikirlər də var ki, braziliyalı meydana dönməyə tələsib. “Əl-Hilal”ın heyətində 13 dəqiqə şans qazandığı oyundan sonra Braziliya yığmasının baş məşqçisi Dorival Junior onu dünya çempionatının seçmə mərhələsində Venesuela və Uruqvay ilə oyunlar üçün cəlb olunan futbolçuların siyahısına salmadı. Mütəxəssisin fikrincə, Neymar hələ belə yüklənməni qəbul etməyə hazır deyil:

“Biz hadisələri qabaqlamamağa qərar verdik. O, praktiki cəhətdən tam sağalıb, meydanda cəmi bir neçə dəqiqə oldu. Klubunun daxilindəki proseslərə hörmət etməliyik. Bu səviyyədə olan oyunçunun həmişə yığma forması geymək hüququ var. Bunu anlamağımız vacibdi. Baxmayaraq ki, o, indi heç də tam hazır deyil”.

Əvvəlki zədəsi ilə bağlı xatırlatma
Xatırladaq ki, braziliyalı 2023-cü ilin oktyabrından bəri oynamırdı – həmin vaxt DÇ-2026-nın seçmə turnirinin Uruqvayla oyununda dizini zədələmişdi. Forvard xaçvari bağını və meniski zədələmişdi. Onda yığmanın baş həkimi Rodriqo Lasmar demişdi ki, bu, Neymarın karyerasındakı ən ciddi zədədi. Hərçənd futbolçu həmin vaxta qədər də dəfələrlə həkim yardımına ehtiyac duymuşdu.

Neymar yaşıl meydana dönüşünə çox böyük həvəslə hazırlaşırdı, hətta “yutub”da bununla bağlı emosional video da yaymışdı:

“Həyatımda qeyri-adi anlar yaşadım – “Əl-Hilal”a keçidim, qızımın dünyaya gəlməsi... Hər şey ili möhtəşəm başa vurmağa doğru aparırdı, ancaq təəssüf ki, zədələndim. Zədə aldığım anı yaxşı xatırlayıram. Dəhşətli ağrı hiss etdim. Dərhal anladım ki, nəsə ciddi hadisə baş verib. Futbol oynamağı hər şeydən çox xoşlayıram. Meydandan kənarda keçirdiyim hər gün mənim üçün əzab-əziyyətdi. Belə durum məni çox ağrıdır. Hər zədədən sonra yaşıl meydana qayıtmışam, heç vaxt yarıyolda qalmamışm. Tarix yazmağı davam etdirmək istəyirəm”.

Bu arada o da bəlli olub ki, Neymarın formasını geydiyi Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi braziliyalı hücumçu ilə müqaviləni pozmaq imkanını nəzərdən keçirir. Bu haqda xəbəri UOL portalı yayıb. Həmin qaynaq iddia edir ki, ulduz futbolçu gələn ilin yanvarında komandanı tərk edə bilər. Rəhbərlik braziliyalının zədəyəmeyilli olmasından çəkinir. Düzdü, bu yöndə yekun qərar verilməyib. Rəhbərlik müqaviləni pozmaqla bağlı qərar verənə qədər futbolçunun fiziki durumunu bir daha nəzərdən keçirəcək, bütün dəlilləri götür-qoy edəcək. Sonda Neymarın “Əl-Hilal”a 2023-cü ilin avqustunda keçdiyini də xatırladaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-11-2024, 20:0

''Əl-Hilal'' qalib gəldi, Neymar yenə zədələndi

Dünya futbolu

27-09-2024, 18:0

Neymar sıraya nə vaxt dönəcək?

Dünya futbolu

8-11-2024, 12:0

Neymar üçün növbəti bəxtsizlik

Dünya futbolu

24-10-2024, 13:0

Neymar göz yaşını saxlaya bilmədi

Dünya futbolu

3-10-2024, 06:0

Neymar doğma klubuna qayıdacaq?

Dünya futbolu

4-11-2023, 18:0

Neymar nə vaxt qayıdacaq?

Aktual
Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
"Zirə"nin oyunu üçün biletlərin üçdə ikisi satıldı!
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
Son xəbərlər
  • Bu gün, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Bu gün, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
  • Bu gün, 15:42
    "Zirə"nin oyunu üçün biletlərin üçdə ikisi satıldı!
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 130
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 130
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə