“Araz-Naxçıvan” cərimə olundu

7.11.2024 17:11 288
Ölkə futbolu
AFFA “Araz-Naxçıvan”ı cərimələyib.

"Football-plus.az" xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında açıqlanıb.

Komandanın 6 futbolçusunun Misli premyer-liqasıın 3-cü turundan təxirə salınmış “Zirə” ilə oyununda sarı vərəqə alması bu cərimə ilə nəticələnib.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Zirə”ni 1:0 hesabı ilə məğlub edib.