• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Qarabağ"ın çox güclü komanda olduğunu bilirik, buna görə dəbilqə geyəcəm" - "Ayaks"ın baş məşqçisi

Avrokuboklar

23-10-2024, 18:0

"Ayaks" sabah Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda "Qarabağ"ın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, Amsterdam təmsilçisinin baş məşqçisi Françesko Farioli matçdan əvvəl keçirilən mətbuat konfransında iştirak edib və jurnalistlərin suallarını cavablayıb.

- "Qarabağ"la oyunda hər şey başa verə bilər. Məğlub olmağınız da mümkündü. Mental baxımdan bunu hazırsızmı?
- Təbii ki, siz haqlısız. Futbol dəyişikliklərin və gözlənilməz hadisələrin məcmusudu. Biz burda emosiyaları kənara qoymalıyıq. Məğlub olsaq, bunu dərhal unudub növbəti matça hazırlaşmağa başlamalıyıq. Futbolda belə halların baş verməsi mümkündü.

- Niderlanddan Azərbaycana gəlmək bahalı prosesdi. Bakıya xeyli tərəfdarla gəlmisiz. Bu haqda nə deyə bilərsiz?
- Bəli, azarkeşlərimiz işdən icazə alıb, ailələriylə sağollaşıb və bura gəliblər. Bu həm maddi, həm də mənəvi cəhətdən böyüş işdi. Çalışacağıq ki, onların fədakarlığını qiymətləndirək və qələbə qazanaraq hamısını sevindirək.

- Cordan Hendersonun "Ayaks"dan ayrılacağı haqda xəbərlər yayılıb. Bu haqda nə deyə bilərsiz?

- Həmin xəbərlər həqiqəti əks etdirmir. O bizim kapitanımızdı və "Ayaks"dadı. Bazübəndi daşıyan futbolçu kimi çiyinləri üzərində böyük məsuliyyət var. Henderson bunu dərk edir.

- Sabah rəsmi geyimdə olacaqsız, yoxsa dəbilqə?
- Baş məşqçi kimi işimizi dərk edirik. Hər an hər şeyə hazır olmalıyıq. "Qarabağ"ın çox güclü komanda olduğunu bilirik. Buna görə dəbilqə geyəcəm (gülür).

- Niderland premyer-liqasında əhəmiyyətli oyunlar sizi gözləyir. "Qarabağ"la matçda qazanılacaq nəticə həmin görüşlərə necə təsir edəcək?

- Bəli, çempionatdakı matçlar bizim üçün çox vacibdi. Bütün oyunlarda qələbə qazanmaq istəyirik. Lakin indi bu haqda düşünmürük. Məhz "Qarabağ"la oyuna köklənmişik. Amma bu o demək deyil ki, liqa bizim üçün önəmli deyil. Sabah qələbə qazanıb liqa oyunlarında daha inamlı və motivasiyalı olmaq istəyirik.

- Brayan Brobbi məşqdə çox həvəsli görünürdü. Sabah onu start heyətində görə bilərik?

- Futbolçularımın işə yanaşma tərzindən xəbərdaram. Hər birinin nəyə qadir olduğunu bilirəm. Amma bəzən onlar haqda olan bütün fikirlərimizi açıqlamırıq. Özlərinə də demirik. Hücumçularımızın performansı bizim üçün çox vacibdi. İnanıram ki, start heyətində yer alacaq bütün futbolçular yaxşı nəticə üçün əlindən gələni edəcək.

- "Ayaks" səfərdə meydana çıxacaq. Bu, "Qarabağ"ın yaxşı nəticə qazanmasına yardımçı ola bilərmi?

- Təbii ki, bu, çox ciddi amildi. "Qarabağ" qalibiyyətləri çox olan komandadı. Azarkeş kütləsi də çox genişdi. Bütün bunları nəzərə almışıq və planlarımızı qurmuşuq.

- İki gündü ki, Bakıdasız. Paytaxtımızla bağlı ilkin təəssüratlarınız necədi? "Neftçi Arena"da məşq etdiz. İnfrastrukturun səviyyəsi yaxşıdımı?

- Həm şəhər, həm də ölkə haqda təəssüratlarım müsbətdi. Türkiyədə işlədiyim dövrdə türkləri yaxından tanımışdım. Azərbaycanlılar onlarla eyni xüsusiyyətlərə malikdi. Burda hər şey əladı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Avropa Liqası

23-10-2024, 15:0

"Sabah qalib gələ bilərik" - Yankoviç qələbəyə inanır

Dünya futbolu

26-05-2024, 15:0

“Ayaks”ın tarixinə düşdü

Manşet / Çempionlar Liqası

5-08-2024, 20:0

“Bolqarıstanda biz, burada "Qarabağ" hegemondu” - “Ludoqorets”in baş məşqçisi

Dünya futbolu

18-09-2024, 22:0

Yenidən “Ayaks”a qayıtdı

Avropa Liqası

21-10-2024, 12:0

"Qarabağ" - "Ayaks": mətbuat konfranslarının vaxtı

Konfrans Liqası

3-08-2022, 20:0

"Neftçi"nin çox üstün cəhətləri var" - Ferdinand Feldhofer

Aktual
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Son xəbərlər
  • Bu gün, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Bu gün, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Bu gün, 18:00
    Şimali Amerikaya yollandı
  • Bu gün, 17:32
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 269
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə