ABŞ-nin sabiq prezidenti, hazırda “Netflix”in yeni “Starting 5” serialının icraçı direktoru kimi çalışan Barak Obama X (əvvəlki “tvitter”) sosial şəbəkəsində MBA tarixində ən çox sevdiyi beş basketbolçudan ibarət rəmzi komanda qurub.
Obamanın yığmasında ilk pillədə “Çikaqo”nun əfsanəvi oyunçusu, hücumameyilli müdafiəçi Maykl Cordan yer alıb. O, 2-ci pillədə “Leykers”in hələ də fəaliyyətdə olan ulduzu Lebron Ceymsi göstərib.
Daha sonra üçxallıq atışların ustası – “Qolden Steyt”in ulduzu Stefen Karri gəlir. Siyahını “Finiks”in forvardı Kevin Dürant və “Hyuston”un əfsanəsi Hakim Olacyuvon qapayır.