• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyəyə bir qol kifayət etdi - ŞƏRH

Dünya futbolu

19-10-2024, 12:0

Cari Millətlər Liqasını heç də pis keçirməyən qardaş Türkiyə yığması növbəti dəfə fanatlarını sevindirdi.

“Ay-ulduzlular” Samsunda Monteneqronu qəbul etdi. Həmişəki kimi evdə böyük azarkeş dəstəyinə malik olan Türkiyə 90 dəqiqə ərzində baxımlı oynadı və inamlı təsir bağışladı. Düzdü, Montellanın komandasının bütün cəhdlərinə baxmayaraq, ilk yarıda qol vurmaq mümkün olmadı. Üstəlik Barış Alpər Yılmaz zədələnərək əvəzləndi. Amma bu oyunda məhz sonradan meydana çıxanların fəallığı qola səbəb oldu.

69-cu dəqiqədə Kənan Yıldızın zərbəsindən sonra top dirəyə tuş gəldi. Cəmi 7 dəqiqə öncə meydana çıxan İrfan Can isə özünü yetirərək karyerasının ən rahat qollarından birini vurdu. Kahveci Montellanın dönəmində yığmada qol vuran 14-cü fərqli futbolçu oldu! Türkiyə futbolunu yaxından tanıyan Robert Prosineçkinin çalışdırdığı Monteneqro bu qola cavab verə bilməyincə minimal məğlubiyyətlə barışmalı oldu. Tura Türkiyə ilə eyni xalda daxil olan Uels isə Reykyavikdə 2 topluq üstünlüyü qoruya bilmədi. Britaniyalılar Monteneqro ilə səfər matçında olduğu kimi, yenə fasiləyə qədər iki cavabsız qol vurdular. Sentyabrda Podqoritsada meydan sahiblərinin gücü yalnız fərqi minimuma endirməyə yetmişdi. Amma bu dəfəki rəqib, yəni İslandiya daha güclü xarakter nümayiş etdirdi.

Meydan sahibləri məğlubiyyətdən qurtulmağı bacardılar. Bu nəticə sözsüz ki, ən çox Türkiyəni sevindirdi. 3-cü turdan sonra qardaş ölkə vahid liderliyi ələ keçirdi.

B liqası, 4-cü qrup
3-cü tur
Türkiyə - Monteneqro 1:0 (0:0)

Türkiyə: Mərt Günok, Mərt Müldür (Zəki Çəlik, 62), Merih Dəmiral, Ədülkərim Bardakcı, Fərdi Kadıoğlu, Hakan Çalhanoğlu, Orkun Kökçü, Yunus Akgün (İrfan Can Kahveci, 62), Arda Gülər (Kaan Ayhan, 83), Kərəm Aktürkoğlu (Kənan Yıldız, 68), Barış Alpər Yılmaz (Bertuğ Yıldırım, 46).
Monteneqro: Nikiç, Maruşiç, Vuyaçiç, Şipçiç, Vukçeviç, Yovoviç (Brnoviç, 76), Kuç (Yankoviç, 61), Bakiç (Vukotiç, 90), Çamay (Osmayiç, 61), Krstoviç, Yovetiç (Muqoşa, 76).
Qol: İrfan Can Kahveci, 69.
Vərəqələr: Arda Gülər, 65. Brnoviç, 89. Kaan Ayhan, 90+2. Orkun Kökçü, 90+3. Osmayiç, 90+3 – sarı.
Hakim: Daniele Kiffi (İtaliya).
11 oktyabr. Samsun. 28829 tamaşaçı.

İslandiya – Uels 2:2 (0:2)
İslandiya: Valdimarsson, Fridriksson, İnqason, Qretarsson, Finnsson (Tomasson, 46), Tordarson, Qudmundsson (Traustason, 82), Villumsson (Ellertsson, 46), Torsteynsson, Oskarsson, Qudyonsen (Siqurdsson, 84).
Uels: Uord, Roberts (Kallen, 76), Rodon, Devis, Uillyams, Uilson, Kuper, Ceyms, Conson (Berns, 46), Tomas (Kabanqo, 76), Mur.
Qollar: Conson, 11 (0:1). Uilson, 29 (0:2). Tomasson, 69 (1:2). Uord, 72-öz qapısına (2:2).
Vərəqələr: Tordarson, 28. Torsteynsson, 32. Conson, 32. Roberts, 41. Mur, 51. Ceyms, 59. Uord, 90+3 – sarı.
Hakim: Antoni Bandiç (Bosniya və Hersoqovina).
11 oktyabr. Reykyavik. 6141 tamaşaçı.

4-cü tur
İslandiya – Türkiyə 2:4

Oskarsson, 3. Qudyonsen, 83 – İrfan Kahveci, 62. Hakan Çalhanoğlu, 67-p. Arda Gülər, 88. Kərəm Aktürkoğlu, 90+5.
Uels – Monteneqro 1:0
Uilson, 36-p.

1. Türkiyə 4 3 1 0 8-3 10
2. Uels 4 2 2 0 5-3 8
3. İslandiya 4 1 1 2 7-9 4
4. Monteneqro 4 0 0 4 1-6 0

Faktlar
* Türkiyə 634-cü oyunda 247-ci qələbəsini qazandı (149 bərabərlik, 238 məğlubiyyət, top fərqi – 865:906).
* Türkiyə Montellanın başçılığı altında 16-cı oyunda 8-ci qələbəsini qazandı (3 heç-heçə, 5 məğlubiyyət).
* Montella Türkiyə yığmasının başında ilk 3 ev oyununun hər birindən (Latviya 4:0, İslandiya 3:1, Monteneqro 1:0) qələbə ilə ayrılan ilk mütəxəssis kimi tarixə düşdü.
* Türkiyə Monteneqroya qarşı keçirdiyi 5-ci oyunda da məğlub olmadı (3 qələbə, 2 heç-heçə).

Oyundan sonra
Vinçentso Montella, Türkiyə yığmasının baş məşqçisi:

“Təcrübə baxımından faydalı oyun oldu. Əvvəldən sona qədər üstün oynadıq. İlk yarıda üstünlüyümüzü qola çevirə bilmədik. Amma səbrli oynadıq və sonda istəyimizə çatdıq. Qapıya 29 zərbə vurduq. Unutmayaq ki, bu turnirdə B liqasında ən gənc heyət bizdədi. Heyətimizin səviyyəli olması və sonradan meydana çıxanların oyunu gücləndirməsi məni sevindirdi. Hətta start heyətini müəyyənləşdirərkən xeyli düşünməli oldum. Səviyyəmiz artdıqca mənim üçün də “11-liy”i düzəltmək çətinləşəcək. Fanatlarımız möhtəşəm idi. Onların dəstəyini son ana qədər arxamızda hiss etdik. Bu qələbə ilə həm də onları sevindirdik”.

Robert Prosineçki, Monteneqro yığmasının baş məşqçisi:
“Türkiyə bizdən üstün oynadı. Yalnız iki dəfə rəqib qapısı önündə təhlükə yaratdıq ki, onlardan da faydalana bilmədik. Fikrimcə, baxımlı oyun alındı. Türkiyəni qələbə münasibətilə təbrik edirəm. Onlar xalını 7-yə yüksəltdiyi halda, bizim hələ də xalımız yoxdu. Türkiyə bu qrupun favoritidi və birinci pillənin sonda ona qismət olacağına əminəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

13-10-2024, 00:0

Montella Türkiyə yığmasının tarixinə düşdü

Dünya futbolu

13-10-2024, 20:0

Montella Türkiyə yığmasının tarixinə düşdü

Dünya futbolu

10-09-2024, 15:0

Kərəm het-trik etdi, Türkiyə qalib gəldi

Dünya futbolu

7-09-2024, 13:0

Türkiyə yenə səfərdə Uelsi məğlub edə bilmədi

Dünya futbolu

13-10-2024, 15:0

Türkiyə yığması İslandiya öncəsi iki futbolçunu itirdi

Dünya futbolu

9-10-2024, 18:0

Türkiyənin heyətində bu dəfə hansı yeniliklər var?

Aktual
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
“Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
“Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
“Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
Son xəbərlər
  • Bu gün, 23:10
    MS-ni tərk edə bilər
  • Bu gün, 22:40
    "Sizinlə işləmək mənim üçün böyük şərəf idi" - De Blekerdən AFFA-ya məktub
  • Bu gün, 22:19
    "Sabah" nigeriyalı vinger aldı - RƏSMİ
  • Bu gün, 21:59
    “Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
  • Bu gün, 21:28
    Tofiq Musayevdən növbəti qələbə - UFC
  • Bu gün, 21:17
    Güləşçimiz finalda - DÇ
  • Bu gün, 21:00
    “Azərbaycanda bir stadiondan bir neçə klubun istifadə etməsi praktikası var” – Xankəndidə kimlər oynayacaq?
  • Bu gün, 20:13
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 19:41
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:39
    ''Qalatasaray''ın ulduzuna yenə təklif var
  • Bu gün, 18:00
    “Qarabağ” artıq Konfrans Liqası səviyyəsini keçmiş komandadı” - “İmarət” günahı kimdə gördü?
  • Bu gün, 17:39
    Muslera: ''Futbolun mənə bu qədər acı çəkdirəcəyini düşünməmişdim''
  • Bu gün, 17:09
    ''Fənər''in bu futbolçusu İsmayıl Kartala lazım deyil
  • Bu gün, 16:06
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 15:35
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 15:14
    ''Beşiktaş''la ''Fənər'' oyunçularını dəyişdirə bilərlər
  • Bu gün, 14:53
    AFFA De Blekerlə vidalaşdı
  • Bu gün, 14:22
    Təəssüf: Nəriman Messi ilə üz-üzə gələ bilməyəcək!
  • Bu gün, 13:51
    Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
  • Bu gün, 13:20
    Ceyhun Nuriyevin legionerlik arzusu niyə çin olmadı? - seçimini izah etdi
  • Bu gün, 12:59
    ''Fənər''in hər iki oyununun hakimi bəlli oldu
  • Bu gün, 12:28
    Yığmamız Portuqaliya ilə qarşılaşacaq
  • Bu gün, 11:57
    ''Qalatasaray'' sonda paraqvaylı ulduza yönəldi
  • Bu gün, 11:36
    “Bu gün bəxtimiz gətirdi, eyni zamanda keyfiyyətimizi də göstərdik” - rəqibin qol vuran futbolçusu danışdı
  • Bu gün, 11:15
    Anatolinin adı iştirak ərizəsinə salınmadı
  • Bu gün, 11:00
    “Qarabağ” Avropa Liqasından Konfrans Liqasına yollandı - REPORTAJ
  • Bu gün, 10:53
    Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
  • Bu gün, 10:36
    "Sabah"ın futbolçusu Ukrayna klubunda - RƏSMİ
  • Bu gün, 10:15
    “Qarabağ”ın Kiyev “Dinamo”su ilə oyunlarının hakimləri
  • Bu gün, 09:49
    ''Bavariya''nın fəxri prezidenti Oliseyə görə ''Real'' ilə məzələndi
  • Bu gün, 00:25
    “Təəssüf ki, bizdə belə ustalıq səviyyəsinə malik oyunçu yoxdu” – Kiyev “Dinamo”sunun baş məşqçisi
  • Bu gün, 00:10
    Ukrayna bu mövsüm klubları qələbə qazanmayan iki ölkədən biridi! – “Qarabağ” üçün təsəlli
  • Bu gün, 00:09
    "Qəbələ" - "İmişli" matçında 4 qol
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 218
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 155
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 154
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 140
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə