“Mehdi Hüseynzadə”də aylardı davam edən qaz problemi hələ həllini tapmayıb.
“Sumqayıt” klubu ilə şəhər İcra Hakimiyyəti arasında yaranan anlaşmazlıqdan ən çox futbolçular əziyyət çəkir. Onların hamamdan istifadə edə bilməməsi adi problem deyil. Hələ yaxşı ki “Dinamo-Minsk” ilə “Harts” arasındakı oyunda işlər yoluna qoyulmuşdu. Yoxsa Sumqayıtın qaz problemi Avropaya “ayaq açacaqdı”.
Bəs 10-cu turda “Səbail”in futbolçuları üçün yuyunmaq imkanı yaradılacaqmı?
“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin “Football-plus.az”a cavabı belə oldu: