İtaliyalılar yenə Səudiyyə Ərəbistanına yollanacaqlar

15.10.2024 19:18 267
Dünya futbolu
İtaliya Superkubokunun keçirilmə tarixi və məkanı müəyyənləşib. Turnir növbəti dəfə Səudiyyə Ərəbistanında təşkil ediləcək.

Bununla da, Asiya ölkəsi 5-ci dəfə İtaliya superkubokuna ev sahibliyi edəcək. Yarış gələn il yanvarın 2-dən 6-dək keçiriləcək. Bu barədə İtaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Superkubok uğrunda yenə 4 komanda mübarizə aparacaq: A seriyasının son çempionu “İnter”, İtaliya kubokunun hazırkı sahibi “Yuventus”, həmçinin uyğun olaraq ölkə çempionatının vitse-çempionu ilə kubokun finalçısı “Milan” və “Atalanta” iddiaçı rolunda çıxış edəcək.

Bütün oyunlar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda - “Əl-Hilal”ın rəqiblərini qəbul etdiyi “Kingdom Arena”da keçiriləcək.

Yanvarın 2-3-də keçiriləcək yarımfinalda “İnter” ilə “Atalanta” və “Yuventus” ilə “Milan” qarşılaşacaq. Final yanvarın 6-na təyin olunub. İtaliya Superkubokunda 3-cü yer uğrunda oyun nəzərdə tutulmayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul