Erlinq Holann son matçda xoş xəbərə işarə vurub. “Mançester Siti”nin hücumçusu ata olacaq.
Bu barədə futbolçu özü məlumat yayıb. O, əvvəlcə Millətlər Liqasının Norveç - Sloveniya (3:0) oyununda dubl edib. 24 yaşlı forvard 2-ci qolu qeyd edərkən ata olacağını bildirib.
Erlinq qol sevinci zamanı topu formasının altına qoyub və sevgilisinin hamilə olduğuna işarə edib. O, artıq bir neçə ildi İzabel Hauqsenq Yohansen ilə görüşür. Onların uşaq futbol akademiyasında tanış olduqlarını da bildirək.