• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Futbolçu baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, başqasını kapitan seçməliyik” – Fernando Santuş Emin Mahmudov haqda

Yığma / Manşet

13-10-2024, 18:0

“Football-plus.az” xəbər verir ki, yığmamızın baş məşqçisi Fernando Santuş Azərbaycan - Estoniya oyunu ərəfəsində mətbuat konfransı keçirib.

- Sabahki matçda nəticə ilə bağlı nə dərəcədə nikbinsiz?
- Nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv köklənməliyik. Buna məcburuq. Çünki xallar qazanmaq istəyirik. Futbolçularıma güvənirəm.

- Tallindəki oyunda kapitan Abbas Hüseynov idi. Sabahkı matçda Elvin Cəfərquliyev kapitan olacaq?
- Kapitanlıq elədi ki, hər dəfə dəyişmək istəməzdik. Liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı matçda Bədavini kapitan kimi düşünürük.

- Emindən kapitan sarğısı niyə alındı? Axı o, Azərbaycan dilində danışa bilir...
- Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidi. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdü. Fərdi baxımdan Eminin performansını çox bəyənirəm. Futbolçu baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, başqasını kapitan seçməliyik. İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim. Buna riayət olunmadı. Bu qədər.

- AFFA rəhbərliyi milliyə tez-tez kifayət qədər baş məşqçilər dəvət edir. Hamısı təcrübəli, tanınmış simalardı. Müxtəlif məşqçilər gəlsə də, milli yenə də uğursuz nəticə verir. Problem nədədi?
- Təbii ki, çox çalışmalıyıq. Müəyyən oyun fəlsəfəsi olduğu halda, uzun müddət bunun oturuşması üçün çox çalışmalısan. Bu yolda səylərimizi davam etdirməliyik. Artıq hücum planında müəyyən mənada istədiyimiz şeyləri görməyə başlamışıq. Son oyunda bu aspektlərdə komandamız sırf hücum planında göstərdi ki, daha çoxunu edə bilər. Epizodlarımız oldu, amma faydalana bilmədik. Amma qol epizodları yaratmağa davam etsək, daha çox faydalana bilərik. Hazırkı vəziyyətdə komandanın əsas problemi qollar buraxmaqdı. Çox qol buraxırsansa, oyunun taleyini həll etmək çətinləşir. Tək Azərbaycana şamil olunmur, bütün dünyada bu tendensiya var. Çox qol vuran komanda da qələbəyə daha yaxın olur. Müdafiə planında işləməli olduğumuz elementlər çoxdu. Digər aspektlərdə də inkişaf etməliyik. Üç məşqə bunları etmək mümkünsüzdü. Bunun üçün daha çox məşq etmək, daha çox oyunlara çıxmaq lazımdı. Oynadıqca görəcəyik ki, problemlər bir-bir aradan qalxır. Müdafiə planına daha çox fokuslanmalıyıq, daha çox intensivlik tələb olunur. Komandanın formalaşmasında sadaladığım amillər mühüm rol oynayır.

- Estoniyada da çox qol buraxdız. Sabahkı oyunda müdafiə xəttində dəyişikliklər olacaq?
- Ümidvaram ki, Estoniyadakı baş verməz. Matçın ilk hissəsini 2:0 tamamlamaq üçün hər şeyi etmişdik. Qol epizodlarımız var idi. Yaratdığın qol fürsətlərindən istifadə edə bilmirsənsə, rəqib də qol vurursa, nəticə qazanmaq çətinləşir. Qollar buraxdıqdan sonra da futbolçulara psixoloji təsir edir. Futbol hər yerdə eynidi, Portuqaliya, İspaniya, İngiltərə, Gürcüstan və s. Hər yerdə eyni tendensiyadı. İnkişaf etməliyik. Gələcəyə nikbin baxmaq lazımdı. Bir ildən sonra bu komanda istənilən rəqibə qarşı normal futbol oynayacaq. Hazırkı vəziyyətdə nəticələrdən məmnun deyilik. Özüm də nəticələrə görə xoşbəxt deyiləm. Hamıdan əvvəl nəticə mənim özümü məmnun etmir. Milli məşqçilik karyeramın 15 faizini məğlubiyyətlər təşkil edir. Mənim üçün yaxşı hal deyil. İlk növbədə özüm haqda düşünməliyəm. Bura gələcək layihə ilə bağlı gəlmişəm. Azərbaycanda gələcək üçün normal komanda formalaşdırmaq istəyirəm. Eyni motivasiya, eyni istəklə davam etmək niyyətindəyəm. Asan olmayacaq. Azərbaycanın bütün matçlarını izləmişəm. Portuqaliya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı da oynamışam. Azərbaycan futbolu haqda məlumatlıydım. Bura gəlməzdən öncə artıq inanırdım ki, gələcək layihəyə köməyim dəyəcək. Sırf karyeramla bağlı soruşursuzsa, hazırkı vəziyyət özüm üçün də ürəkaçan deyil. Təcrübəliyəm və qazanmaq istəyirəm. Bura gəlməmiş burdakı layihəyə inanırdım. Bunu reallaşdıracam. Mümkün qədər qələbə qazanmağa öz qatqımı verəcəm.

- Məşqçilər korpusunda Azərbaycan dilində göstəriş verən məşqçini görə biləcəyik?
- Bu məsələ ilə bağlı düşünürük. Bu işi İlqar Qurbanova həvalə etmişəm. Bunun olması komanda üçün önəmlidi. Təkcə Azərbaycan dilində danışmağı kifayət etmir.

- 2016-cı ildə Portuqaliya millisi Estoniyanı yoldaşlıq görüşündə 7:0 hesabı ilə məğlub etməklə sizin rəhbərliyiniz altında ən böyükhesablı qələbəsini qazandı. Amma 2 gün əvvəl Azərbaycan millisi sizin başçılığınız altında həmin komandaya 1:3 uduzdu. 8 ildə Estoniya futbolu inkişaf edib, yoxsa siz məşqçi kimi geriləmisiz?
- Sizcə normal deyil? Portuqaliyanın həmin dönəmdə 7:0 hesablı qələbəsi kifayət qədər normaldı.

- Azərbaycana gələn əcnəbi məşqçilər komanda və ölkə ilə tanış olduqdan sonra deyirlər ki, potensial var, nəsə etmək olar və s. Amma elə həmin mütəxəssislərin 90 faizi 2-3 ildən sonra deyirlər ki, bu komanda ilə heç nə etmək olmaz. Bu cür açıqlamaları sizdə də görəcəyik?
- Eynisi deməyəcəm. Bu işlətdiyiniz ifadədən heç vaxt istifadə etməyəcəm. Bu cür mesajlar futbolçulara da ötürülə də bilməz. Mən öz xarakterimə bələdəm. Məsuliyyəti öz üzərimə götürürəm. 2-3 ildən sonra verdiyim vədlər boşa çıxsa, yenə də məsuliyyəti özüm daşıyacam. İstənilən halda, bu vəziyyət olarsa, federasiyadan, azarkeşlərdən üzr istəyəcəm. Ancaq deməyəcəm ki, bu komanda ilə alınmır. 2028-ci ilə qədər müqaviləm var. Milli komandanın çıxış etdiyi bütün turnirlərdə baş məşqçi kimi bütün məsuliyyət məndədi. 2028-ci ilə qədər hansısa vəziyyətdə AFFA qərar versə ki, yolumuza davam etməyəcəyik, ondan sonra da Azərbaycanla bağlı heç bir mənfi təəssüratım ola bilməz. Öz xarakterimə bələdəm.

- Hazırda milli komandamızın bu durumda olmasının günahkarı sizsiz, futbolçular, yoxsa AFFA rəhbərliyi?
- Hər kəsin öz payı var. Çünki qələbə də birlikdədi, uğursuzluq da. Hazırkı çətin vəziyyəti kiminsə boynuna yıxmaq düzgün olmazdı. Qələbə qazandığımız halda da AFFA-nın, futbolçuların, məqçilərin, Azərbaycanın qələbəsidi. Bəzən problemlər qaçılmaz olur. Buna görə məyusuq. Qələbə qazanırsansa, birlikdə edirsən, uduzursan da, birlikdədi. Dostum var idi, mənə bir söz demişdi, heç vaxt günahı başqalarının boynuna yıxma. Hər biri öz günahımızdı. Beş barmağım var, hansına deyə bilərsən ki, günah hansındadı? Yuxarıda hər şeyi Allah görür.

ƏSƏD SEYİDOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-09-2023, 17:0

Bundestimdə yeni kapitan

Aktual / Ölkə futbolu

11-09-2024, 14:0

“Emin Mahmudovun hərəkəti kapitana yaraşmayan, məsuliyyətsiz davranış idi”

Dünya futbolu

5-08-2022, 11:0

Millimizin üzvü Almaniya klubunda kapitan oldu

Aktual / Premyer-liqa

28-12-2023, 14:0

Aleksey İsayev kapitan sarğısını Elvin Camalova niyə vermədi?

İdman

22-01-2023, 16:0

Milli komandada yeni kapitan

Aktual / Premyer-liqa

21-04-2023, 15:0

Abdullaye Ba: “Qarabağ”la oyunda qalib gəlmək sevindiricidi”

Aktual
Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
“Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
“Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
“Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
“Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
Son xəbərlər
  • Bu gün, 23:51
    Rossi bir kasıb klubdan o birinə necə keçdi? - "yeni müqavilə təklif etmişdik"
  • Bu gün, 23:21
    "Sabah" ÇL-nin 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 22:41
    "Sabah" "Nyu Seynts"i keçsə, KuPS ilə qarşılaşacaq
  • Bu gün, 22:00
    "Qəbələ" "Kəpəz"ə qalib gəldi
  • Bu gün, 21:38
    Əfsanəvi futbolçu İFF-də işləyəcək
  • Bu gün, 21:07
    “Osiyek” “Neftçi”ni yendi, sinəsinə döydü – “ilk dəqiqələrdən rəqibə yüksək təzyiq göstərdik”
  • Bu gün, 20:46
    "Şamaxı" portuqaliyalı ilə anlaşdı
  • Bu gün, 20:30
    "Ntu Seynts" - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 20:07
    “Sabah”ı “Park Holl”da neçə azarkeş dəstəkləyəcək?
  • Bu gün, 19:47
    Solveti kim əvəz edəcək? – ya Eyden Makkarti, ya da Erivaldo Almeyda
  • Bu gün, 19:27
    Argentinalılar niyə tünd-göy formada oynamaq istəyirlər?
  • Bu gün, 18:56
    “...evdə mərhələ adlamaq gücündəyik!” – “Nyu Seynts”dən “Sabah”a meydan oxuyan paylaşım
  • Bu gün, 18:35
    "İmişli"nin rəqibləri bəlli oldu
  • Bu gün, 18:06
    “Hesab edirəm ki, “Sabah”a ən çox təsir göstərə biləcək amil...” – narahatlıq üçün əsas var!
  • Bu gün, 17:40
    MY-dən daha bir transfer
  • Bu gün, 17:02
    “Araz-Naxçıvan” hücumçu aldı
  • Bu gün, 16:37
    “Sabah” səfər oyununda da aşkar favoritdi - əmsallar açıqlandı
  • Bu gün, 16:16
    “Biz onu tam zərərsizləşdirəcəyik” - DÇ-nin İDDİASI
  • Bu gün, 15:45
    “Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
Daha çox
Oxunub: 226
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 203
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 144
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə