Tanınmış şirkət “Kəpəz”ə yardım etdi? – klub rəsmisi açıqladı

12.10.2024 15:35 1 485
Aktual / Ölkə futbolu
İllərdi sponsorsuzluqdan əziyyət “Kəpəz” hələ də problemi indiyəcən çözə bilməyib.

Ayrı-ayrı vaxtlarda bu mövzuda xoş xəbərlər dolaşsa da, hamısı yalan oldu. Yeni iddialara görə, Gəncə təmsilçisinə əl uzadan tapılıb. Belə ki, SOCAR kluba əlavə maliyyə vəsaiti ayırıb. Neft şirkəti elita təmsilçisinə 500 min manat ianə edib.
Maraqlıdı, necə oldu ki, SOCAR “Kəpəz”ə yardım etdi?

“Kəpəz”in icraçı direktoru Cabir İbrahimovun “Football-plus.az”a cavabı isə belə oldu:

“Xeyr, belə bir şey yoxdu. Yalan məlumatdı. Heç bir məbləğ ayrılmayıb. Kimdənsə də maddi dəstək almamışıq”.

RÖYANƏ OĞUZ