Keynin aqibəti məlum oldu

8.10.2024 23:09 269
Dünya futbolu
Harri Keynin durumuna aydınlıq gəlib.

Bundesliqanın son turunun “Ayntraxt”la matçında xəsarət alan “Bavariya”nın hücumçusunun zədəsi ciddi deyil. Bu səbəbdən o, qarşıdakı matçlarda İngiltərə yığmasına kömək edə biləcək.

Xatırladaq ki, İngiltərə Millətlər Liqasının 3-cü turu çərçivəsində oktyabrın 10-da Yunanıstanı qəbul edəcək, 3 gün sonra isə səfərdə Finlandiya ilə qarşılaşacaq.