• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əsas sual: kapitan toparlanmaq iqtidarındadımı? - YAZI

Manşet / Yazarlar

8-10-2024, 12:0

Fernando Santuş dünən ikinci dəfə yığmanın heyətini mətbuat konfransında açıqladı. Bəlli oldu ki, avqustun 30-da çağrılan futbolçularla bu dəfə dəvət edilənlər arasında müəyyən dəyişikliklər var. Baş məşqçinin və köməkçilərinin premyer-liqanın, demək olar ki, bütün oyunlarında iştirak etdiyini bilirik.

Deməli, seleksiya qaydasındadı və lazım olduğu təqdirdə müəyyən addımlar atılır. Hər halda, heyəti təhlil etməkdə, bəzi nəticələr çıxarmaqda fayda var.

Santuşun dəyişiklikləri
Qapıçılardan Şahruddin Məhəmməliyevin zədəsi hələ sağalmayıb. Qurban Qurbanov ona xeyli vaxt lazım olduğunu dedi. Bu öz yerində. Yusif İmanovu Aydın Bayramov əvəzləyib. Ona görə ki, “Sabah”ın qapıçısı komandasıyla keçirdiyi 6 matçda 9 qol buraxıb. Belədə Aydını uğurlu seçim saya bilərik. Lakin çox güman, Santuş ona yox, İsveç və Slovakiya ilə oyunlarda 12 qurtarışla yadda qalan Mehdiyə şans verəcək. Ümumiyyətlə, Aydını “C planı” kimi dəyərləndirmək olar.

Portuqaliyalı mütəxəssis müdafiə və yarımmüdafiə xəttində də dəyişikliklərə ehtiyac duyub. Ən əsası, Slovakiya ilə oyunda çox kobud səhvlərə yol verən, hətta məğlubiyyətin səbəbkarı kimi göstərilən Amin Seydiyev baş məşqçinin qəzəbinə tuş gəlib. Daha doğrusu, dəvətlilər sırasından kənarda qalıb. Santuş onun əvəzində “Eqnatiya”da legioner həyatı yaşayan Zamiq Əliyevə güvənəcək. Zamiqin əsas millimizdə debüt edib-etməyəcəyi hələ bilinməsə də, məqsədinə çatdığına şübhə yoxdu. Axı o, başqa ölkəyə yollanmasını məhz millidə oynamaq istəyi ilə əlaqələndirmişdi. Yeri gəlmişkən, Zamiqin çağrılmasında Bəhlulun zədəsiylə bağlı konkretliyin olmaması da rol oynayıb. Sözügedən mövqelərlə bağlı diqqəti çəkən növbəti məqam Emil Mustafayevə güvənilməməsidi. Halbuki gənc futbolçu parlaq gələcək vəd edir. Hətta o, Ukrayna premyer-liqasında keçirdiyi sonuncu matçda məhsuldar ötürmə müəllifi olub. Vaxtilə ukraynalı jurnalistlər Emilin millimizi seçməsini faciə adlandırmış, az qala Ukrayna Futbol Federasiyasını dar ağacına çəkmişdi. Görünür, Emilin Slovakiya ilə oyunda heç cür yerini tapa bilməməsi, zəif çıxışı Santuşun fikrini dəyişib. Yenə də AÇ-2028-də uğurlu nəticələr üçün zəmin hazırlanırsa, gənc oyunçuyla bağlı radikal qərar qəribədi. “Daejeon”da top qovan Anton Krivotsyuk da avqustda çağrılmayan, indi dəvət olunanlar sırasındadı.

Hücumçuların siyahısında da dəyişikliklər var. Birincisi, Nəriman Axundzadə Santuşu məmnun etməyib. “Qarabağ”ın oyunçusu gözləntiləri qarşılamır. Onun U-21-in heyətində AÇ-nin seçmə mərhələsində Serbiyanı qəbul etdikləri matçda (0:2) penaltini dəqiq yerinə yetirmədiyini də xatırlayırıq. O başqa məsələ ki, Nəriman “köhlən atlar”la yeni “futbol ili”ndə keçirdiyi 6 matçda 1 qol, 3 məhsuldar ötürmə müəllifi olub. Bu arada Axundzadənin də gənc və perspektivli olduğunu qabartmalıyıq.

Başqa yenilik isə Mahir Emrelinin millinin sıralarına qayıtmasıdı. Zədə üzündən uzun müddət meydandan kənarda qalan oyunçu “Nürnberq”in start heyətinin vazkeçilməz simalarından birinə çevrilə bilər. Hər halda, baş məşqçisi Miroslav Kloze belə deyir. Ümumiyyətlə, Emrelinin Almaniyada legioner həyatı yaşadığını, çox zəngin təcrübəyə malik olduğunu, İsveç və Slovakiyaya qarşı oyunlarda yoxluğunun hiss edildiyini bilirik. Ümidlər isə təbii ki, qollar vuracağı yönündədi.

Kapitan da dəyişəcəkmi?
Daha doğrusu, dəyişməlidi! Yox-yox, sarğı Emin Mahmudovdan başqasına verilməlidi demirik. Sadəcə, futbolçu özünü qeyd-şərtsiz dəyişməlidi. Santuş onun qərarlarını bəyənmədiyini deyib. Nəinki başqa məşqçi, heç futbol camiəsi də məlum penalti epizodunda Eminin topu Ramilə verməsini xoş qarşılamadı. Odu ki, Mahmudov özünə gəlməli, dəqiq desək, “Neftçi”nin problemlərini yığmaya gətirməməlidi. Kapitanlıq keyfiyyətlərini bərpa etməli və millinin şəriksiz lideri olduğunu ortaya qoymalıdı. Belədə xeyli azarkeşin arzusu gerçəkləşəcək. Bu arada Eminin tezliklə milliylə bağlı karyerasını başa vuracağı haqda iddialar yayılıb. İddianın doğru olub-olmadığını zaman göstərəcək. Yığmamıza isə böyük hədəflərə çatmaq üçün əsl kapitan lazımdı. Mahmudov bu yükü çiyinləri üzərində daşıya biləcəkmi? İstəsə, bəli. Qarşıdakı iki oyuna da baxaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

2-09-2024, 19:0

"Çağrılan futbolçular Azərbaycan səviyyəsində işinin peşəkarıdı" - Mircavadov Santuşun seçimi haqda

Yığma

29-08-2024, 10:0

Santuş millimizin heyətini nə vaxt açıqlayacaq?

Ölkə futbolu / Yığma

4-10-2024, 10:0

Santuş bu gün millimizin heyətini açıqlayacaq

Ölkə futbolu

2-10-2024, 17:0

Santuş millinin heyətini açıqlayacaq

Ölkə futbolu / Manşet

2-07-2024, 23:0

Santuş Bakıya daha bir Santuş gətirdi, amma yenə vətəninə dönür – niyə?

Manşet / Yazarlar

28-08-2024, 21:0

Çarəsiz Santuş neynəsin? - YAZI

Aktual
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
“İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Son xəbərlər
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 182
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 146
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 114
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə