İkiqat dünya çempionu karyerasını bitirdi

29.09.2024 16:24 111
İdman
2023/2024 mövsümündə MBA-da "Memfis”in formasını geymiş Derrik Rouz karyerasını bitirib.

35 yaşlı amerikalı başketbolçu artıq xəyallarının arxasınca getmək və təcrübəsini bölüşmək istədiyini açıqlayıb. Rouz 2009-cu ildə ən yaxşı debütant basketbolçu adına layiq görülüb. O, 2010/11 mövsümündə ən dəyərli oyunçu seçilib və bu mükafatın ən gənc sahibi (22 yaş) olub.

Basketbolçu ABŞ yığmasının heyətində 2010 və 2014-cü illərdə dünya çempionatının qalibi adını qazanıb.