• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gülnar Məmmədova yığmanın baş məşqçisindən narazıdı - “Macarıstanda heç mənə salam da vermirdi”

İdman

28-09-2024, 16:0

Şahmat yığmalarımız Macarıstanın paytaxı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında uğursuzluğa düçar oldu.

Kişilərdən ibarət yığmanın sabiq üzvü Vasif Durarbəylinin fikirləri ilə tanış olmuşduz. 4-cü lövhədə oynayan və 5 mümkün xaldan 3-nü toplayan qadınlardan ibarət yığmanın üzvü Gülnar Məmmədova da narazılar sırasındadı:

“Olimpiada bizim üçün son illərin ən uğursuz yarışı oldu. Şəxsən mən yarışdan əvvəl medal qazanacağımıza çox inanırdım. Amma... Mixail Şereşevski ölkəmizə gəldiyi gündən mənə inamsızlığını aşkar göstərib. Reytinqdə ölkənin 2-ci şahmatçısı olsam da, mənə həmişə ehtiyat şahmatçı gözüylə baxıb və bunu üzümə də dəfələrlə deyib. Bu inamsızlıq mənə psixoloji cəhətdən mənfi təsir göstərdi. O və Yevgeni Tomaşevski bura gələndə reytinqim 2400 civarında idi. 1,5-2 il boyunca həm Şereşevskinin federasiyadakı məşqlərinə getdim, həm də Tomaşevskinin verdiyi debütlərdən istifadə etdim, əvvəlki illərdən daha çox şahmatla məşğul odum. Amma nəticə nə oldu? Reytinqim 2395-dən 2336-ya düşdü. Anladım ki, Şereşevskinin hazırlığı müasir şahmat məşqlərindən çox uzaqdı. Ona görə də son 3 ayda onunla məşğul olmadım. Özüməinamı bərpa etdim və bu müddət ərzində iki yarışda medal qazandım. Onunla məşğul olmadığım üçün mənimlə daha da prinsip aparmağa başladı. Macarıstanda heç mənə salam da vermirdi. Gələk yarışa. İlk 4 turda nəticə 2 qələbə, 2 heç-heçə oldu. 1900 reytinqi olan şahmatçıyla heç-heçə etdim. Sonra 2100 reytinqi olan rəqibimlə görüşdə tam uduzulmuş vəziyyətdə heç-heçə etdim. Hər iki oyunda Tomaşevskiylə aylar öncə baxdığımız variantı oynamışdım və düşünürəm ki, aşağı reytinqli şahmatçılara qarşı düzgün açılış seçimi deyildi. Fikrimcə, elə rəqiblərlə debütlər fərqli olmalıydı. 3 günlük istirahətdən sonra 7-ci turda mənim oynamağıma qərar verdilər. Bilirdim ki, qalib gəlməsəm, yenə oynatmayacaqlar. Qələbə üçün daha riskli və qarışıq vəziyyət alan açılışdan istifadə etdim. Seçdiyim açılışın rəqibin zəif tərəfinə uyğun hesablandığını düşünürəm. Sadəcə, oyunun ortasında bir səhv nəticəsində uduzdum. Bu məğlubiyyətdə psixoloji amillərin də rolu var idi. Son 4 turda heç bir izahat vermədən oynatmadılar. Hətta komandanın Ukrayna ilə bərabərə qaldığı görüşdən sonra da “qalib heyəti dəyişməzlər” dedilər. İtaliya ilə oyundan sonra, demək olar ki, yığmanın medal şansı qalmamışdı. Amma yenə də mən oynamadım. Sırf bir oyunda debüt seçimini özüm etdiyim üçün məni oynatmayıblarsa, bu düzgün deyil. Halbuki onlar heç bir oyundan əvvəl “hansı variant olacaq”, “rəqibin zəif tərəfləri nədi”, “necə oyun üslubu seçilməlidi” deməyiblər. Mən onsuz da öz səhvlərimi bilirdim. Amma buna görə məşqçilər mənimlə prinsip aparmamalıydı. Ən azı Azərbaycanın adına görə oyuna çıxarmalıydılar. Ehtiyac olarsa, Bakıya qayıdandan sonra söhbət aparmalıydılar. Yarış vaxtı mənimlə prinsip aparmaları qeyri-peşəkarlıq idi. Onlar isə Azərbaycan bayrağını ucaltmağı yox, öz prinsiplərini üstün tutdular. Bizim komandanın son illər uğur qazanmasının sirri birlik, mehribanlıq, balans idi. Bu dəyərləri qoruya bilmirsənsə, bir zəhmət kapitan olma! Və bütün bu neqativ hallara görə reytinqdə 6-cı olan komanda Olimpiadada 15-ci yeri tutdu. Burdan Şereşevskini də təbrik edirəm. Gəldiyi gündən məni ehtiyat oyunçu görürdü və sonda arzusuna çatdı. Amma çox sevinməsin. İnşallah, güclü geridönüş edəcəm. Gülnar Məmmədova hələ son sözünü deməyib”.

Paylaş:
Digər xəbərlər

İdman

3-08-2022, 19:0

Kişi və qadınlardan ibarət millimiz qələbə qazandı

İdman

29-07-2022, 20:0

Şahmat millimiz Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə start verdi

İdman

18-10-2023, 15:0

Şahmat millimizin Avropa çempionatı üçün heyəti

İdman

1-06-2022, 12:0

Bu şahmatçılar Azərbaycanı Hindistanda təmsil edəcəklər

İdman

8-08-2022, 10:0

Yığmalarımız Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

İdman

14-04-2022, 10:0

Tanınmış məşqçi Azərbaycan millisinin toplanışına qatılacaq

Aktual
İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Son xəbərlər
  • Dünən, 23:37
    “Düzdü, narazı qaldığım məqamlar oldu” – Qurban Qurbanov
  • Dünən, 23:26
    "Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 22:53
    “Zirə”nin potensial rəqibləri qarşılaşdı
  • Dünən, 21:53
    "Qarabağ" "Vestri"ni darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:40
    "Şamaxı"dan ayrılan bombardir "Qəbələ"də
  • Dünən, 21:05
    "Şamaxı"dan yeni transfer
  • Dünən, 20:15
    "Kəpəz"də növbəti ayrılıq
  • Dünən, 19:35
    "Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu
  • Dünən, 18:57
    "Qarabağ" - "Vestri": START HEYƏTLƏRİ
  • Dünən, 18:19
    İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”
  • Dünən, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Dünən, 16:40
    Samokun yeni klubu bilindi
  • Dünən, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Dünən, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Dünən, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Dünən, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Dünən, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Dünən, 13:00
    500-cü oyun, 550-ci qol
  • Dünən, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Dünən, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Dünən, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Dünən, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Dünən, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Dünən, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • 8-07-2026, 23:0
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • 8-07-2026, 23:0
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • 8-07-2026, 22:0
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • 8-07-2026, 22:0
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • 8-07-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 8-07-2026, 20:0
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • 8-07-2026, 20:0
    Camal Cəfərov Qırğızıstan klubunda
  • 8-07-2026, 19:0
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • 8-07-2026, 19:0
    "İmişli"də yeni təyinat
  • 8-07-2026, 19:0
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə