Qadın həndbolçulardan ibarət “Qarabağ” komandasının avrokubok oyunlarına təyinatlar açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Avropa kubokunun 2-ci mərhələsinin matçları Bolqarıstandan olan ədalət təmsilçilərinə tapşırılıb.
Lüksemburq təmsilçisi “Differdanj”la qarşılaşmaları Svetoslav Yonçev və Zvezdelin Yonçev idarə edəcəklər. Oyunların EHF nümayəndəsi türkiyəli Kenan Sivrikaya olacaq.
Qeyd edək ki, oktyabrın 5-də və 6-da baş tutacaq matçlar Bakıdakı AHF Arenada təşkil olunacaq.