Elçin Məsiyev İtaliya millisinin oyunlarını idarə edəcək

19.10.2023 10:00 164
Dünya futbolu
FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı ədalət təmsilçisi 11-ci qrupun 2-ci turundakı İtaliya - Şimali İrlandiya və 3-cü turun Yunanıstan - İtaliya matçlarında əsas hakim olacaq.

Hər iki görüşdə ona digər təmsilçimiz Vüsal Məmmədov laynsman kimi kömək göstərək.

Qeyd edək ki, İtaliya - Şimali İrlandiya oyunu oktyabrın 28-də, Yunanıstan - İtaliya qarşılaşması isə oktyabrın 31-də təşkil olunacaq. Bu qrupun matçları İtaliyada keçiriləcək.