• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Yarasalar” yeni mövsümdə qələbəyə həsrətdi - “Valensiya”da nə baş verir?

Dünya futbolu

27-09-2024, 12:0

“Valensiya” yeni mövsümdə də əziyyət çəkməkdədi.

"Football-plus.az" xəbər verir ki, ötən həftəsonu “Atletiko”ya uduzan “yarasalar” cəmi 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Onlar mövsümə qorxunc şəkildə başlayıb: 5 oyun, 4 məğlubiyyət, 1 heç-heçə. Həmin yeganə heç-heçə də “Vilyarreal”la oyunda qeydə alınıb. Onda “yarasalar” 25 dəqiqə azlıqda oynayan rəqibin qapısından qələbə topunu keçirə bilmədi – 1:1. Ruben Baraxanın çalışdırdığı komanda tarixindəki ən pis startı təkrarlayıb.

12 oyun qələbəsiz
“Valensiya” İspaniya elitasında keçirdiyi 90 mövsümdə yalnız bir dəfə belə pis başlayıb. “Yarasalar” 1999/2000 mövsümünün əvvəlində də 15 mümkan xaldan yalnız birini toplamışdı. Amma onda hər şey yaxşı bitdi: 3-cü yer və Çempionlar Liqasının finalı!
İndi belə uğurları heç arzulamaq da mümkün deyil. “Valensiya” 2020-ci ildən bəri avrokuboklarda oynamır, çempionatda qələbəsiz oyunlar seriyası isə artıq 12 tura çatıb (ötən mövsümün finişində 5 məğlubiyyət və 2 heç-heçə olmuşdu).

Zədələr və seks qalmaqalı
“Valensiya” ilk 5 turda yalnız üç qol vurub. Qollardan ikisi Uqo Duronun – komandanın ötən mövsümdəki bombardirinin (13) hesabındadı. Ancaq o da zədələndiyindən “Atletiko”ya qarşı oynaya bilmədi.

Baraxanın hücumla bağlı variantları o qədər də çox deyil. Burnu qırılan Dani Qomes indi qoruyucu maska ilə məşq edir, Rafa Mirin adı iki qadına münasibətdə seksual zorakılıq işində hallanır. Futbolçu günahsız olduğunu bəyan etsə də, “Valensiya” onu rejimi pozduğuna görə məşqlərdən müvəqqəti kənarlaşdırıb, cərimələyib, eyni zamanda “Atletiko” və “Jirona” ilə oyunlarda meydana çıxmasını lazım bilməyib. Bu qərarı məşqçi korpusunun fikrinə ehtiyac duymayan klub rəhbərliyi qəbul edib.

“Valensiya”nın yarımmüdafiəçisi Pepelu da oyundaşını ittiham edib:

“Bu, kluba və azarkeşlərə hörmətsizlikdi, dözülməz hərəkətdi. Rafa Mir çətin vəziyyətdədi. Və ümid edirəm ki, doğru nəticə çıxaracaq, bir daha belə hal təkrarlanmayacaq. Düşünürəm ki, hər kəs artıq yetkin adamdı, “Valensiya” önündəki məsuliyyətini bilir. Biz indi elə vəziyyətdəyik ki, belə şeyləri özümüzə rəva görə bilmərik. Baş məşqçi də bunu anladıb, klub da. Cərimə və bütün bunlar, fikrimcə, ciddi hadisədi və Rafa çox pis hərəkət etdiyini anlayır. Bu hadisə hamını ilgiləndirir, yalnız onun adı hallansa da, media klub ətrafında da böyük səs-küy yaradıb. Bütün komanda fikrini oyuna kökləməli və irəli hərəkət etməlidi”.

330 milyon borc, yeni kredit
“Valensiya” bu yay transfer bazarında gülməli görünən məbləğ – 1,35 milyon avro xərclədi. Bunun 1,2 milyonu “Alaves”in vingeri Luis Rioxo üçün xərcləndi, qalanı hücumçu Dani Qomesin icarəyə götürülməsinə getdi. Əvəzində klub 30 milyon avro qazandı – Georgi Mamardaşvili “Liverpul”a satıldı. Düzdü, gürcü qapıçı bu mövsümü icarə əsasında “Valensiya”da keçirəcək.

Liderlərın satışı fanatların odioz klub sahibi Piter Limə ünvanlanan çoxdankı iradlarından biridi. Onun demək olar ki, kluba yatırım etməməsi üzündən bir çox məşqçi ayrılıb. Ancaq klubun da manevr üçün imkanları yoxdu – “yarasalar”ın 330 milyon avrodan artıq borcu var, üstəlik “Nou Mestalya” stadionunun tikintisi (2007-ci ildə iş başlayıb) də yarımçıq qalıb.

“Mundo Deportivo” və İspaniyanın başqa nəşrləri yazır ki, “Valensiya” hazırda 120 milyon avro kredit axtarır. Rəhbərlik bu pulu tapsa, borcunu yenidən strukturlaşdıracaq və indiki ödənişlərin faizini aşağı salacaq. Klub “Caixabank” (borcun məbləği 75 milyondu) və Britaniyanın birbaşa investisiyalar fondu (51 milyon) ilə hesablaşmaq istəyir. “Valensiya” arzuladığı 120 milyonu tapmaq üçün Amerikanın “Goldman Sachs” bankı ilə danışıq aparır. Hələ klubun öz sahibi Piter Limə də borcu var. La Liqanın rəhbəri Xavyer Tebas yaxınlarda keçirdiyi mətbuat konfransında duruma belə münasibət bildirib:

“Vəziyyət potensial alıcıları çəkindirir, ancaq mən Limi klubu satmağa məcbur edə bilmərəm”.

Baş məşqçi prezident üçün qalxan rolunu oynayır
“Valensiya” artıq 2022-nin qışında, 2023-ün yazında düşmə zonasında olub və həmin mövsümü 42 xalla 16-cı yerdə bitirib. Onda elitadan düşən “Valyadolid” 40 xal toplamışdı. Məhz onda klub Ruben Baraxanı baş məşqçi postuna gətirdi, o da “yarasalar”ı yalnız son turda xilas etdi. Baraxa “Valensiya”nın 2011-ci ildən bəri 16-cı çalışdırıcısıdı. Bu müddətdə komandada Unay Emeri və Ernesto Valverde, Marselino və Qari Nevill işləyib. Uzaqbaşı Marselino dönəmini uğurlu adlandırmaq olar. O da klub sahibləri ilə fikir ayrılıqları üzündən getdi.

Valensiyada artıq uzun illərdi Piter Limdən daha çox nifrət olunan adam yoxdu. O, bu kluba 2014-cü ildə yiyələnib. Və “yarasalar” həmin vaxtdan bəri avrokuboklarda sabit şəkildə iştirak edən komandadan sequndaya yuvarlanmağa namizədlərdən birinə çevrilib.

Azarkeşlər artıq neçə ildi sinqapurlunu klubdan uzaqlaşdırmağa çalışır. Onlar 2021-in iyununda Limin göydələndəki şəklini yandırdı, elə həmin ilin dekabrında prezident əleyhinə aksiyaya 15 min adam çıxdı.

2022/23 mövsümünün son günü onminlərlə adam Lim əleyhinə etiraz yürüşü təşkil etdi. Ancaq bütün bu demarşlar sinqapurlunu zərrəcə qorxutmur. Azarkeşlərlə əlaqə o dərəcədə itib ki, klub sahibinin qızı Kim Lim fanatlardan, sadəcə, ağzını yummağı və klubun idarəçiliyinə mane olmamağı xahiş edir:

“Valensiya”nın bəzi fanatları məni və ailəmi söyür, lənətləyir. Onlar nəyi anlamır ki? Bu bizim klubdu, onunla istədiyimizi edə bilərik və heç kim bu haqda danışa bilməz”.

2023-ün fevralında minlərlə azarkeş “Mestalya” ətrafında geniş etiraz aksiyası təşkil etdi. Ondan sonra Lim azarkeşlərin səsinə səs verərək komandanı Baraxaya tapşırdı. Baraxa, sadəcə, növbəti məşqçi deyil, yerli əfsanədi. O, 10 il komandanın şərəfini qoruyub, Rafael Benitesin dönəmində iki çempionluq, İspaniya kubokunu, UEFA kubokunu, Avropa Superkubokunu qazanıb, Çempionlar Liqasının finalında oynayıb.

“Valensiya” ötən mövsümü 9-cu yerə bitirdi. “Yarasalar”ın bir il əvvəl aşağı dəstəyə düşməyin astanasında olduğunu nəzərə alsaq, 9-cu yer heç də pis nəticə deyil. Ancaq bu mövsüm onlar yenə də təhlükə altındadılar.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-02-2023, 17:0

Ruben Baraxa “Valensiya”nı xilas etməlidi – TƏHLİL

Dünya futbolu

6-02-2023, 13:0

"Valensiya"nın 15 illik həsrəti

Dünya futbolu

12-08-2022, 16:0

"Barselona"nın futbolçusu "Valensiya"da

Dünya futbolu

16-02-2023, 20:0

“Valensiya”da tanış mütəxəssis

Dünya futbolu

11-08-2022, 21:0

"Valensiya"dan növbəti transfer

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:27
    "Turan Tovuz" mövsümün ilk matçında qalib gəldi
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Dünən, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Dünən, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə