• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ruben Baraxa “Valensiya”nı xilas etməlidi – TƏHLİL

Dünya futbolu

24-02-2023, 17:0

Xəbər verdiyimiz kimi, Cennaro Qattuzo ilə vidalaşan “Valensiya” artıq yeni baş məşqçisinin adını açıqlayıb – komandanı uçurumdan 47 yaşlı Ruben Baraxa çıxarmalıdı.

Bunu adi təyinat kimi qiymətləndirmək olmaz. Baraxa, sadəcə, növbəti məşqçi deyil, yerli əfsanədi. O, 10 il bu komandanın şərəfini qoruyub, Rafael Benitesin vaxtında iki çempionluq, İspaniya kubokunu, UEFA kubokunu, Avropa Superkubokunu qazanıb, Çempionlar Liqasının finalında oynayıb.

“Yarasalar”ın kapitanı Xose Qayya bu təyinatı sevinclə qarşılayıb: “Lap uşaqlıqdan “Valensiya” ilə yaşayıram. And içə bilərəm ki, hər yerli uşaq Ruben Baraxanın kim olduğunu bilir. Həqiqətən onunla qürur duyuram. Əminəm ki, Baraxanın gəlişi ilə bütünləşəcək və ağır mövsümü düzəldəcəyik”.
Həqiqətən də Valensiyada Rubeni çox sevirlər, hərçənd məşqçi ustalığı baxımından onun öyünəsi heç nəyi yoxdu. İspaniyalı ulduz 2015-ci ildə “Elçe”nin “sükanı arxasına” keçsə də, cəmi bir mövsüm işləyib, ardından daim iş yerini dəyişib və heç yerdə uğur qazanmayıb: “Rayo Valyekano”dan tutmuş “Saraqosa”ya qədər. “Valensiya” onun karyerasında ilk ciddi seçimdi.

Baraxa prezident üçün qalxandı

“Mundo Deportivo”nun yazdığına inansaq, “Valensiya” əvvəldən əfsanəni dəvət etməyi planlaşdırmırmış. Prezident Piter Lim “Əl-İttihad”da məşğul olan Nunu Eşpiritu Santu ilə təmasa keçib. 2010-cu illərin ortalarında “yarasalar”ı çalışdıran portuqaliyalı çoxdan Avropada əlverişli variant axtarır. Jorje Mendeş də ona bu işdə yardım edir. Kriştiano Ronaldonun sabiq agentinin həm Lim, həm də Santu ilə münasibətləri yaxşıdı.
Ancaq Valensiyada yaşanan son kütləvi etirazlar bütün planları dəyişdi. Lim anladı ki, fanatların sevgisini qazanmaq lazımdı, Nunu Eşpiritu isə klubdan heç də yaxşı şəraitdə ayrılmayıb. Belədə yerli publikanın sevimlisi Baraxa ilə bağlı variant ortaya çıxdı.

Bildiyiniz kimi, var-dövləti 2,5 milyard dollar həcmində qiymətləndirilən sinqapurlu Piter Lim 2014-cü ildən “Valensiya”nın sahibidi. Komanda həmin vaxtdan bəri avrokubokların müntəzəm iştirakçısından La Liqanın autsayderinə çevrilib (hazırda 19-cu yerdədilər). İndi Valensiyada Limdən artıq dərəcədə nifrət olunan adam yoxdu. Azarkeşlər çoxdan onu klubdan qovmaqla bağlı aksiyalara başlayıb. Onlar 2021-in iyununda Limin göydələnə vurulan fotosunu yandırıblar, 2021-in dekabrında prezident əleyhinə aksiyaya 15 min adam qatılıb. Ötən mövsümün sonuncu günündə isə 10 min adam Lim əleyhinə yürüş keçirmişdi. Hərçənd bütün bu aksiyalar sinqapurli biznesmeni qorxutmur. Azarkeşlərlə bağlar o dərəcədə qopub ki, klubun sahibinin qızı Kim Lim fanatlardan ağızlarını yummağı və idarəçiliyə mane olmamağı xahiş edir: “Valensiya”nın bəzi fanatları məni və ailəmi söyür, lənətləyirlər. Ancaq onlar heç nəyi anlamırlar? Bu bizim klubdu, istədiyimizi edə bilərik. Heç kim bu haqda nəsə deyə bilməz”.

“Valensiya” yanvarın sonunda ölkə kuboku uğrunda mübarizəni də 1/4 finalda dayandırdı. “Atletik”lə oyundakı məğlubiyyətdən sonra yüzlərlə adam bu şüarları səsləndirdi: “Piter, sən yaramazsan, “Mestalya”dan rədd ol, əziyyət çəkməkdən bezdik”.

Eniş davam edir – komanda artıq düşmə zonasındadı
“Yarasalar”ın indiki durumu həqiqətən çox acınacaqlıdı.


• “Valensiya”nın qələbəsiz oyunlar seriyası 8-ə çatıb – komanda La Liqada ardıcıl 5 oyunda uduzub. Komanda hədsiz az qol vurur, 36 yaşlı əsas bombardir Edinson Kavani isə 3-4 həftəliyə zədələnib və belə həlledici dönəmdə oyundaşlarına yardım edə bilmir.

• Demək olar ki, ehtiyat qüvvə yoxdu. “Valensiya” yayda bəzi liderlərini satdı. Qışda isə Niko Qonsales – rotasiya üçün ən vacib futbolçu sıradan çıxdı. Qattuzo həvəslə gözləyirdi ki, Lim kimlərisə alacaq, ancaq ümidləri doğrulmadı. Belədə italiyalı mütəxəssisin istefa ərizəsi yazmaqdan başqa çıxış yolu qalmadı.

• Baraxa “yarasalar”ın 2011-ci ildən bəri 16-cı məşqçisidi. Bütün bu müddət ərzində komandada Unay Emeri, Ernesto Valverde, Marselino və Hari Nevill kimi ünlülər də çalışıb. Uzaqbaşı Marselinonun dönəmini nisbətən uğurlu saymaq olar – o da sinqapurlu biznesmenlə fikir ayrılıqları üzündən klubdan ayrıldı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-02-2023, 20:0

“Valensiya”da tanış mütəxəssis

Dünya futbolu

9-06-2022, 19:0

Qattuzonun təyinatı rəsmən açıqlandı

Dünya futbolu

1-06-2022, 12:0

Qattuzo İspaniya klubunu çalışdıra bilər

Dünya futbolu / Yazarlar

8-07-2022, 18:0

Azarkeşlər niyə Qattuzonu bəyənmir? - TƏHLİL

Dünya futbolu

11-08-2022, 21:0

"Valensiya"dan növbəti transfer

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Dünən, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə