Karlos Vela özünə yeni iş yeri tapıb.
"Football-plus.az" xəbər verir ki, onun anlaşdığı klub meksikalı futbolçu üçün heç də yeni sayılmır.
Meksika yığmasının sabiq hücumçusu yenidən MLS-də çıxış edəcək. 35 yaşlı futbolçu “Los Anceles”ə keçib.
Velanın sonuncu klubu məhz 2018-23-cü illərdə formasını geydiyi “Los Anceles” olub.
Bu klubu yanvarda tərk edən futbolçu daha əvvəl “Arsenal”, “Selta”, “Salamanka”, “Vest Bromviç”, “Real Sosyedad” və “Osasuna”da da oynayıb.