Çexiya millimizi məğlub etdi

19.09.2024 23:01 118
İdman
Çexiyada təlim-məşq toplanışı keçirən Azərbaycanın futzal millisi yoxlama görüşündə meydan sahibləri ilə üz-üzə gəlib.
"Football-plus.az" xəbər verir ki, Zlin şəhərində keçirilən qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Vitali Borisovun rəhbərlik etdiyi yığma sabah Çexiyaya qarşı daha bir yoxlama matçında qüvvəsini sınayacaq.