Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda növbəti görüşünü keçirib.
“Football-plus.az” xəbər verir ki, yığma C qrupundakı ikinci matçında meydan sahibləri ilə üz-üzə gəlib. Qarşılaşma seçməmizin 18:20 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, günün ilk matçında Niderlanda da uduzan (9:21) millimiz yarışla vidalaşıb.