Çiprian Teteruşanu peşəkar futbolçu həyatına son qoyub.
O, 38 yaşında yaşıl meydanı tərk etmək qərarına gəlib. Sonuncu klubu “Abha” (Səudiyyə Ərəbistanı) olan rumıniyalı qapıçı “Milan”, “Fiorentina”, “Nant” və “Styaua”dakı çıxışı ilə tanınıb.
Rumıniya yığmasında 74 oyun keçirən Çiprian “Styaua” ilə 4 titul, “Milan”la bir dəfə ölkə çempionluğunu qazanıb.