• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hansısa klubda bu qədər məşq etdiyimi xatırlamıram” - Mahir Almaniyadan cəlbedici açıqlamalar verdi

Aktual / Müsahibə

15-09-2024, 23:0

Legioner həyatı yaşayan azərbaycanlı futbolçulardan ümidləri az-çox doğruldan Mahir Emrelidi. O, Zaqreb “Dinamo”sundan ayrılanda vətənə dönəcəyi ilə bağlı xəbərlər yayılsa da, yenidən karyerasını ölkə xaricində davam etdirməyə qərar vardi.

Mahir artıq Almaniyanın 2-ci bundesliqasında çıxış edən köklü klublardan “Nurnberq”in uğurları üçün çalışacaq. Təbii ki, zədəsonrası bərpa prosesini keçəndən, komandaya tam uyğunlaşandan sonra. “Nürnberq”ə transferi elan olunandan sonra Mahirlə əlaqə saxlamaq üçün çox çalışsaq da, nəhayət, dünən mükün oldu.

“Başqa təkliflərdən danışmağın artıq mənasız olduğunu düşünürəm”


- Karyeranı “böyük beşlik” ölkəsində davam etdirmək cəhdini alqışlayırıq. O mənada ki, ölkə ilə bağlı və ya başqa böyük təkliflərin olduğu halda, qayıtmadın, karyeranı xaricdə davam etdirməyə qərar verdin. “Nürnberq”dən başqa “böyük beşlik” ölkələrindən hansısa təklif var idi? Bu klub səni hansı cəhətlərinə görə cəlb etdi?
- Təşəkkür edirəm. Başqa təkliflərdən danışmağın artıq mənasız olduğunu düşünürəm. "Nürnberq" zədəli olduğum halda, ən çox maraq göstərən komanda oldu. Mənə güvəndiklərini göstərdilər. Yaxşı baş məşqçiləri, yaxşı rəhbərlikləri var. İstər klub prezidenti, istərsə də stadion direktoru olsun - hamısı çox peşəkar, yüksək səviyyəli insanlardı. Onlarla birgə çalışmaq mənim özümə də böyük təcrübə və motivasiyadı. Oturub düşündüm və "Nürnberq"in mənim üçün indiki vəziyyətdə ən doğru seçim olduğuna qərar verdim.

- Maraqlıdı, “Nürnberq”ə karyeranda tramplin kimi baxırsanmı? Hədəfin karyeranı Almaniya elitasında davam etdirməkdi, yoxsa burdan da başqa ölkəyə keçmək istəyirsən?
- Ümumiyyətlə, çalışıram ki, getdiyim hər bir komandada özümü maksimum göstərim, faydalı olum. O məqamda daha da yüksəklərə getmək olarsa, niyə də yox?! Amma önəmlisi getdiyim klubda az-çox yadda qalmaqdı. Fikrimi tam ora yönəltmək önəmlidi. Hazırda gələcək barədə danışmaq istəmirəm. Amma "Nürnberq" də böyük klubdu. Bunu tarix də göstərir. Ona görə də bu komanda üçün forma tərlətmək mənə çox xoşdu.

“Mənlə bərabər yeni transfer olunan futbolçular da eyni şeyi deyir”

- Bildiyimə görə, çoxdankı arzularından biri də nə vaxtsa “Qalatasaray”da oynamaqdı.  Həmin arzu qüvvədə qalır, yoxsa  fikrin dəyişdi?
- Arzular dəyişir... Xüsusilə Türkiyəyə gedəndən sonra baxış bucağı da bir qədər dəyişdi. Ordakı futbola, liqaya, komandalara... Doğru olanı etmək istəyirəm. O anda doğru mənə necə gəlirsə, mən də o seçimi edirəm. Arzulara gəlincə... Yüksək səviyyədə oynayıb, elə o səviyyədə də karyerasını başa vurmaq hər futbolçunun arzusudu. Biz də çalışırıq ki, bunun üçün irəliləyək. Ümid edirəm ki, "Nürnberq"də də yaxşı mövsüm keçirəcəm və mənim üçün yadda qalan bir “futbol ili” olacaq.

- Təbii ki, biz sənin sağlıq durumuna səndən yaxşı bələd ola bilmərik. Artıq bir neçə gündü kollektivlə məşqlərə başlamısan. Nə vaxt formanı bərpa edəcəyinə, yaşıl meydana çıxacağına ümidin var?
- Aldığım zərbə, doğrudan da, xoşagəlməz zədə idi. Qazaxıstanla oyunda gözlənilməz oldu. Ondan sonra tətil oldu, bu qədər uzun çəkəcəyini gözləmirdim. Daha sonra məşqlərə başlayanda gördüm ki, ağrılarım var və ciddi şəkildə fizioterapiya lazımdı. Burda da Almaniyanın ən yaxşı həkimləri, klubun həkimləri baxdılar. Baxdılar, qərar verdilər və doğru zamanı gözlədilər. Əlbəttə, sevindirici məqam oldu ki, mənim sağlığıma çox önəm verdilər. Uzun mövsümü düşündükləri üçün tam hazır olmağımı istədilər. Ümid edirəm ki, önümüzdəki oyunlarda şans qazanmağa başlayacam. Bir həftəyə yaxındı komanda ilə məşqlərə başlamışam. Amma bu həftədən düşünürəm ki, tam şəkildə komandaya qoşula biləcəm.

- Avropanın bir neçə ölkəsində - Polşa, Xorvatiya, indi isə Almaniyada çıxış etmək imkanın oldu. Almaniyanı digər iki ölkə ilə müqayisə edə bilərsənmi, hansı özəllikləri var ki, sənin marağını çəkib?
- Dediyiniz komandalar ölkələrinin çempionları, öndə gedən və ən tanınmış komandalardı. Almaniyada bir az fərqlənir. Burda daha çox, daha məhşur komanda var. Futbol tam fərqli, rəqabət daha böyükdü. Burda favorit yoxdu. Belə bir anlayış yoxdu ki, bir komanda ağalıq eləsin. Fiziki futboldu, həddən artıq fizikiyə önəm verirlər. Hansısa klubda bu qədər məşq etdiyimi xatırlamıram. Tək mən yox, mənlə bərabər yeni transfer olunan futbolçular da eyni şeyi deyir. Maraqlısı da budu ki, Almaniyada bütün klublarda belədi. Bizim məşqçilər heyəti bundan əvvəl başqa yerlərdə çalışıb. Almaniyada futbol belədi. Məşqlər bu formadadı və öyrəşməyimiz lazımdı. Təbii ki, bizdən də bacardıqca tez ayğunlaşmağımızı istəyirlər, məşqlər ağır keçir Bununla yanaşı, bərpamıza da önəm verməliyik ki, önümüzdəki oyunlarda da tam formada olub qələbə qazanaq və yaxşı futbol nümayiş etdirək.

- Yeni ölkə, yeni klub - bunlara öyrəşmək asan olmur. Bəs azarkeşlərin sənə münasibəti necədi?
- Məni çox yaxşı qarşıladılar. İstər rəhbərlik, komanda yoldaşlarım, istərsə də məşqçilər olsun. Yeni komandadı, təzə-təzə bir-birimizə isnişməyə başlayırıq. Azarkeşlər də sağ olsunlar, xoş qarşıladılar. Onlar da səbirsizlənirlər meydanda məni görməyə. Mən də öz növbəmdə bərpama və məşqlərimə diqqət göstərməyə çalışıram ki, meydanda onların ümidlərini doğruldum. Ümid edirəm ki, bunu bacararam. Yaxşı oyun və vurduğum qollar ilə ümidləri doğruldaram.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Aktual / Dünya futbolu

9-08-2024, 16:0

“Bu addımı 3-4 il əvvəl də atmaq olardı” – Mahirin sabiq meneceri “Nürnberq”ə keçidini qiymətləndirdi

Ölkə futbolu

1-08-2024, 20:0

Mahir “Dinamo”dan ayrıldı

Ölkə futbolu / Manşet

17-07-2024, 17:0

Mahir iki gün sonra yeni müqavilə imzalayacaq - əvvəl "Dinamo"dan ayrılmalıdı

Dünya futbolu / Manşet

31-07-2024, 11:0

Mahirin “Nürnberq”ə keçidinə nə mane olur? - o, ciddi təhlükə ilə üz-üzədi!

Ölkə futbolu / Manşet

24-07-2024, 16:0

“Nürnberq” Mahirlə danışıqları dayandırdı – “Qarabağ” variantı yada düşdü

Aktual
“Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
“Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
“Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Son xəbərlər
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
  • Dünən, 20:55
    Mahir Konfrans Liqası oyununun start heyətində
  • Dünən, 20:43
    Slavik Alxasov "Səbail"də
  • Dünən, 19:55
    "Dinamo" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    İspaniya klubunu tərk etdi
  • Dünən, 18:10
    Asim Xudiyevə UEFA-dan təyinat
  • Dünən, 17:30
    Ötən ay karyerasını bitirən tanınmış ingiltərəli hakim Türkiyədə işləyəcək!
  • Dünən, 16:58
    AFFA “Şamaxı” və “Qəbələ” üçün maarifləndirici təlimlər keçdi
  • Dünən, 16:07
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:35
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 15:00
    "Turan Tovuz" serbiyalı futbolçu transfer etdi
  • Dünən, 14:40
    “Qarşıya qoyulan əsas məqsəd üç il ərzində elitaya yüksəlməkdi” - yeni baş məşqçi danışdı
  • Dünən, 14:08
    "Araz Naxçıvan" Slavik Alxasovla vidalaşdı
  • Dünən, 13:30
    AFFA nümayəndəsinə UEFA-dan təyinat
  • Dünən, 13:09
    “Qarabağ”da yeni məşqçi təyinatları
  • Dünən, 12:42
    "Gəncə" "Neftçi"nin oyunçusunu transfer etdi
  • Dünən, 12:00
    “Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
  • Dünən, 11:32
    ''Beşiktaş'' yeni ulduzuna hələ də lisenziya çıxara bilməyib
  • Dünən, 11:00
    “Qarabağ” – “Dinamo” oyununun biletləri satışa çıxır
  • Dünən, 10:31
    Türkiyəli hakim ''Ayaks''ın oyununa təyinat aldı
  • Dünən, 10:00
    Elman Sultanov "Mingəçevir"in baş məşqçisi oldu
  • Dünən, 00:40
    "Rəqibin bu qələbəyə tam layiq olduğunu düşünmürəm" - Valdas Dambrauskas
  • 5-08-2026, 23:0
    Yığmamız İslandiyaya uduzdu
  • 5-08-2026, 22:0
    "Qarabağ" heç də asan rəqib deyil" - "Dinamo"nun baş məşqçisi
  • 5-08-2026, 21:0
    Elvin Yunuszadə bu klubda üç əcnəbidən biri oldu
  • 5-08-2026, 21:0
    Azərbaycan dünya çempionatına ev sahibliyinə hazırlaşır
  • 5-08-2026, 20:0
    "Sabah"ın matçı nə vaxt başlayacaq? - klubdan açıqlama
  • 5-08-2026, 20:0
    “Sabah” cütün taleyinin Bakıda həll olunmasına çalışmalıdı” – Şahin Diniyev
  • 5-08-2026, 19:0
    "Orhus" - "Sabah" oyununun vaxtı dəyişdirildi
  • 5-08-2026, 19:0
    Səfər matçlarında söz sahibləri “Qarabağ”ın tanışları olacaq!
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 124
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 111
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə