Deyan Lovren bundan sonra Yunanıstanda çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, xorvatiyalı futbolçu PAOK-a keçib. Yunanıstanın “Sport.24” nəşri Lovrenin yeni klubu ilə 2 illik müqavilə imzaladığını xəbər verib. Sonuncu klubu “Lion” olan 36 yaşlı futbolçu PAOK-a azad agent kimi keçib.
Qeyd edək ki, Xorvatiya millisi ilə DÇ-2018-in gümüş mükafatçısı olan Deyan DÇ-2022-nin bürünc medalçısıdı.