• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Santuşdan çəkinin, onda güzəşt yoxdu! - KÖŞƏ

Manşet / Yazarlar

14-09-2024, 10:0

Fernando Santuş İsveçlə oyundakı penalti mübahisəsinə tam düzgün reaksiya verdi.

Oyunsonrası mətbuat konfransında demişdi ki, penalti vurmağı Emin Mahmudova tapşırmışdım. Həmin açıqlamanın pərdəarxası izahı belə idi: komandadaxili iclas olacaq, hər birindən izahat alacam, son qərarımı verəcəm. Hətta Koşitsedə oyundan əvvəl keçirdiyi mətbuat konfransında da Ramil Şeydayevin start heyətində olacağını demişdi. Slovakiya ilə oyunda nə Ramil, nə də Emin Mahmudov start heyətində göründüyündən mənzərə bütün çılpaqlığıyla ortaya çıxır: əlbəttə, portuqaliyalı mütəxəssis yığmamızı daha yaxşı nəticədən məhrum edən (hissənin sonunda hesabda biz önə çıxsaydıq. Həm psixoloji üstünlük qazanacaq, həm də rəqibi 2-ci yarıda irəli atılmağa məcbur edəcəkdik ki, belədə əks-hücumlar üçün şərait yaranacaqdı) epizodla bağlı hər iki futbolçunun izahatını dinləyib. Lakin dinlədiklərindən, xüsusən də Eminin fikirlərindən razı qalmayıb. Mən sənə sarğını da vermişəm, penalti vurmaq hüququnu da! Hansı əsas və məntiq ilə o anda topu Ramilə verdin?

Bəzən mənə elə gəlir ki, azərbaycanlı futbolçular öz üzərində əlavə çalışmamaqla yanaşı, futbolun Santuş kimi dahilərinin də karyerasına nəzər salmırlar. Yox, öyrənsəydilər, bilərdilər ki, bu adam Kriştiano Ronaldo ad-soyadlı dünya divini ehtiyat oyunçular skamyasında oturub, gözünün yaşına baxmayıb. Ardıcıl iki mövsümdə “Neftçi”ni “batıran” Emin yığmada da statusuna uyğun gəlməyən davranış göstərdi, yəni topu Ramilə verdi. Belədə cəzalanası ilk adam kapitan idi ki, cəzalandı. Slovakiyada qaş-qabağı yerlə getsə də, haqq etdiyi cəzanı almışdı. Özü yıxılan ağlamaz! Bəli, Eminlə Ramil start heyətində olsaydı, bəlkə də Slovakiyada yığmamız daha yaxşı oynayacaqdı, bəlkə də xal almaq mümkün olacaqdı. Amma yığmada adlar yox, prinsiplər önəmlidi ki, Santuş da bunu bizlərə bir daha sübut etdi.

Portuqaliyalı Koşitsedə təkcə Eminlə Ramilə yox, Amin Seydiyevə də sərt üzünü göstərdi. Bəli, Abbas Hüseynov qala-qala, “Sabah”ın müdafiəçisinə şans vermək doğru deyildi. Santuş oyunsonrası mətbuat konfransında bəndənizin bununla bağlı sualını cavablayarkən “sualınızı başa düşdüm və sualınıza hörmət edirəm, Amin Seydiyevin qırmızı vərəqə almaq ehtimalı var idi”, - deyə start heyəti ilə bağlı səhvə yol verdiyini etiraf etməsə də, Seydiyevi meydandan çıxarması da tam doğru qərar idi. Cəmi 5 dəqiqə ərzində iki “məhsuldar” səhvə necə yol vermək olar axı? Nə qədər acı olsa da, etiraf etməliyik ki, Amin komandanın axırına çıxdı. Halbuki onun kobud səhvinə qədər meydanda normal oyun gedirdi. Slovakiyanın müəyyən üstünlüyü olsa da, yığmamız da zaman-zaman təhlükəli hücumlar qururdu, xüsusən də orta sahəni asanlıqla keçirdi.

Bəli, Fernando Santuş illərdi yığılıb qalan problemləri həll etməyə çalışır. Bildiyimə, daha doğrusu, AFFA rəsmilərindən eşitdiyimə görə, işə məsuliyyətlə yanaşır, daim işdə olur, otağında lövhədə hansısa sxemlər üzərində çalışır. Onun yığmanın daha məzmunlu və intensiv, sürətli oyun göstərməsi üçün çalışdığına əminəm. Bu başqa məsələ ki, yığmanın indiki oyunçuları baş məşqçinin tələblərinini yerinə yetirməyə nə dərəcədə qadirdi?

Açığı, həm bu məqam, həm də portuqaliyalının gec-tez ruhdan düşəcəyi ilə bağlı müəyyən ehtimallarım var ki, onları da yaxınlarda sizlə bölüşəcəm. Santuşun iki mətbuat konfransında iştirak edən adam kimi müəyyən qənaətim formalaşıb....

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Yığma / Manşet

8-09-2024, 19:0

Santuşdan şok gediş: nə Emin Mahmudov start heyətində var, nə də Ramil Şeydayev!

Ölkə futbolu

8-09-2024, 13:0

"Santuş Ramili start heyətində meydana buraxmamalıdı" - slovaklar Rüstəmi işarə etdi

Ölkə futbolu

11-09-2024, 18:0

"Eminlə Ramil məhz penalti epizoduna görə start heyətində deyildisə, bu, haqsızlıqdı"

Yığma / Manşet

7-09-2024, 19:0

“Sizlə razı deyiləm, mən qələbə gözləyirəm” – Fernando Santuş iddialı danışdı

Aktual / Ölkə futbolu

11-09-2024, 14:0

“Emin Mahmudovun hərəkəti kapitana yaraşmayan, məsuliyyətsiz davranış idi”

Yığma / Manşet

5-09-2024, 23:0

“Hücum oyunumuzdan 100 faiz razıyam” - Fernando Santuş

Aktual
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
“Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
“Sabah”ın matçını bu kanal göstərəcək
Son xəbərlər
  • Bu gün, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Bu gün, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Bu gün, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Bu gün, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Bu gün, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Bu gün, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Bu gün, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Bu gün, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Bu gün, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Bu gün, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Bu gün, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Bu gün, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Bu gün, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Bu gün, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Bu gün, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Bu gün, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Bu gün, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Bu gün, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 102
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə