“Ottava”nın sabiq hücumçusu Aleks Formenton 24 yaşında karyerasını bitirib.
"Football-plus.az" xəbər verir ki, onun sonuncu klubu İsveçrə təmsilçisi “Ambri Piotta” olub. Hokkeyçinin adı Kanada gənclər yığmasının üzvlərinin 2018-ci ildə qatıldığı seks qalmalında hallanırdı.
O və həmin komandanın daha dörd üzvü zorlamada suçlanır. Sənədlərdə qeyd olunur ki, Formenton hazırda Baridə yaşayır. Karyerasını bitirən hokkeyçi bütün gün tikintidə çalışır. O da qeyd olunur ki, Aleksa tikintidə çalışmaqla vəkilinin xidmət haqqını ödəmək istəyir.