• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sadəcə, sonuncu klub kimi "Kəpəz"lə danışıqlar gedirdi” - Cəlal Hüseynov bu mövsüm "Arda"da qalacaq

Aktual / Müsahibə

11-09-2024, 16:0

Məlum olduğu kimi, Bolqarıstan “Arda”sında çıxış edən Cəlal Hüseynovun son günlər “Kəpəz”ə keçəcəyinə dair iddialar dolaşırdı. Hətta oyunçunun meneceri də məlumatı təsqidləyərək Gəncə təmsilçisinin ona təklif göndərdiyini açıqladı.

U-21-in kapitanı suallarımızı cavabladı, qaranlıq məqamlara aydınlıq gətirdi.

- "Arda”da işlərin necədi? Nəticələr və hadisələrin axarı səni qane edirmi?
- "Arda"da işlərim yaxşıdı. Hər oyun meydanda oluram. Futbolçu üçün ən vacib olan da budu. Hər şey qaydasındadı. Hazırda U-21-in düşərgəsindəyəm.

- Son günlər vətənə qayıdacağınla bağlı söz-söhbət artıb. Baş məşqçi və klub ilə hansısa problemin, yaxud ortaq məxrəcə gələ bilmədiyin hal olub?
- Bəli, qayıtmaq mümkün idi. Bəzi klublarla da danışıqlar oldu. Amma ortaq məxrəcə gələ bilmədik. Buna görə keçidim baş tutmadı. Yenə də Bolqarıstana qayıdacam. Əslində heç bir problem yoxdu. Sadəcə, müəyyən ailəvi səbəblərə görə ölkəyə qayıtmaq, ailəmin yanında olmaq istəyirdim. Tək səbəb bu idi, amma alınmadı.

- Aylar öncə də sənə yerli klublardan təklif göndərildiyi deyilirdi. Amma heç biri “Kəpəz” qədər səs-küy doğurmamışdı. Niyə Gəncə klubu?
-  Düzdü, "Kəpəz"lə danışıqlar gedirdi. Amma bilmirəm bunu kim və necə yaydı. Normal qarşılayıram. Sadəcə, sonuncu klub kimi "Kəpəz"lə danışıqlar gedirdi. Ortaq məxrəcə gələ bilmədiyimiz üçün alınmadı.

- Mövsüm yeni başlayıb, hər oyun da meydandasan və hazırda komandan 8-ci pillədədi. Amma “Kəpəz” indi çətin vəziyyətdədi, yenə elitadan düşmək təhlükəsi altındadı.
- Pis başlamamışıq. Açığı, "Kəpəz"in belə vəziyyətdə olması, elitadan düşmək təhlükəsi heç fikrimdə deyildi. İki mövsüm öncə "Şamaxı"ya getmişdim. Orda heç bir qorxulu şey yox idi. Əslində "Kəpəz"dən gələn təklifə görə yox, bəzi şəxsi problemlərim olması səbəbindən ölkəyə qayıtmaq istəyirdim. Nəticə etibarilə alınmadı, ona görə də qaldığımız yerdən davam edəcəyik.

- Azər Bağırov baş məşqçi təyin olunan kimi sənə dəvət göndərdi. Əvvəldən əlaqəniz necə idi? Yoxsa bu təklif sənin üçün də gözlənilməz oldu?
- Azər müəllimə təşəkkür etmək istərdim, mənə inanıb, dəvət göndərdiyi üçün. Hətta çox çalışdı ki, ortaq məxrəcə gələ bilək. Amma bəzi məqamlara görə reallaşmadı. Əvvəlcədən heç bir əlaqəmiz olmayıb.

- Düzdü, “Kəpəz” mövzusu aydınlandı, amma “Arda”da qalmayacağın iddia edilir. Belədə Azərbaycana yaxın aylarda qayıtmağı düşünürsən, yoxsa necə?
- Çox güman, bu mövsüm "Arda"da qalacam. İrəlidə necə olacağını zaman göstərəcək.

- Bilirəm ki, karyeranı daha böyük klublarda davam etdirmək məqsədin var.
- Alınarsa, Bolqarıstandan daha yaxşı irəliləyəcəyim çempionata adlamaq istəyirəm. Bu nə dərəcədə alınıb-alinmayacaq, onu zaman göstərəcək. Açığı, heç bir xarici klubla danışığım olmayıb. Nə elə bir təklif olub, nə də başqa bir şey. U-21in düşərgəsindən Bolqarıstana qayıdacam.

- Komandan ötən mövsüm “avrokubok zonası”na düşə bilmədi. Bu məqam karyerana necə təsir edə bilər?
- Hər bir futbolçu istər ki, komandası avrokuboklara düşsün, orda oynasın. Ora daha böyük bazardı, daha çox şans var ki, özünü göstərib yaxşı yerlərə gedəsən, karyeranı irəlilədəsən. Ötən il alınmadı, bu il də eyni hədəf üçün çalışacağıq.

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

4-09-2024, 19:0

Cəlal Hüseynov “Kəpəz”ə görə Bolqarıstandan qayıdır? – meneceri açıqladı

---

24-06-2023, 14:0

Cəlal Bolqarıstan “Arda”sında debüt edib

Dünya futbolu

23-09-2023, 21:0

Cəlal Hüseynov oynadı, "Arda" qalib gəldi

Ölkə futbolu

9-06-2023, 17:0

“Arda” “Zirə”yə 30 min avro təklif edib

Dünya futbolu

2-11-2023, 10:0

Hüseynovlu “Arda”dan növbəti heç-heçə

Dünya futbolu

10-08-2024, 10:0

Cəlal oynadı, "Arda" qalib gəldi

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə