Təcrübəli futbolçu silahlı soyğuna məruz qalıb. Özəl əşyalarının oğurlandığını bildirən 35 yaşlı futbolçu özünün və oğlunun durumunun qaydasında olduğunu bildirib. Hadisədən sonra sosial şəbəkədə canlı yayın açan Souza bunları deyib:
''Quldurlar ayağımdakı çəkələkləri belə götürdülər. Adamın əlində tüfəng var idi. Oğlumla bir yerdə idim. Maşını da oğurladılar. Oğlumu ordan uzaqlaşdırdım. Durumumuz qaydasındadı''.
''Sambaçı'' Türkiyəyə ilk dəfə 2015-də ''Fənərbaxça''ya transfer olunaraq gəlib. 2018-də ''Əl-Əhli''yə yollanan Souza 2020-də yenidən Türkiyəyə qayıdaraq bu dəfə ''Beşiktaş''ın futbolçusuna çevrilib. Burda həm həm çempionluq sevinci yaşayan, həm də ölkə kubokunu qazanan braziliyalı qısa müddətli ''Beytsin Qoyan'' macərasından sonra bu ilin yanvarında 3-cü dəfə Türkiyəyə gələrək ''İstanbul BŞ''yə transfer olunmuşdu.
Hazırda o, ''Vasku da Qama''nın şərəfini qoruyur.
ƏLİ



