Millimizin bir futbolçusu Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda bu gün İsveçlə evdə keçiriləcək matçın "23-lüy"ündən kənarda qalıb.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi Fernando Santuş "Zirə"dən Qismət Alıyevin xidmətinə ehtiyac duymayıb.
32 yaşlı oyunçu yüngül zədəsi olduğu üçün sözügedən qarşılaşmanı tribunadan izləməli olacaq.
Qeyd edək ki, Azərbaycan – İsveç matçı bu gün, saat 20.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.