Ötən mövsüm “Kəpəz”in qurtarıcısı sayılan mütəxəssisin dövrələrarası fasiləyə qədər xal qazandıracağına ümidli olanlar vardı. Təbii ki, istefa xəbərinə üzülənlər də oldu, sevinənlər də...
Bəs “Xəmsə” Şükürovun istefası barədə nə düşünür? Fanklbun üzvü Müşfiq Məmmədov “Football-plus.az”a açıqlamasında bu sözləri dedi:
“Biz onun belə tez istefa verəcəyini gözləmirdik. Düşünürdük ki, özümüzə uyğun rəqiblərlə oyunlarda özünü göstərmək imkanı olacaq hələ. Adil müəllim çox gözəl insan, gözəl baş məşqçi idi. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Yeni baş məşqçiyə də ümidliyik, inanmaq istəyirik ki, komandanı elitada saxlamağı bacaracaq”.
RÖYANƏ OĞUZ




