“Çalışıb bunu aradan qaldıracağıq”

1.09.2024 20:45 334
Premyer-liqa
"Kəpəz"in yeni baş məşqçisi Azər Bağırov təyinatı ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.

“Football-plus.az” xəbər verir ki, o, komandanın çempionatda düşdüyü çətin durumla bağlı klub rəhbərliyi ilə müzakirə apardığını deyib:
“Komandanın durumu ilə bağlı bizi ağır iş gözləyir. Çempionatda bütün oyunlarda məğlub olmuşuq, çox da qol buraxmışıq. Çalışıb bunu aradan qaldıracağıq. Vəziyyətlə bağlı klub rəhbərliyi ilə fikir mübadiləsi aparmışıq. Gəncənin, “Kəpəz”in Azərbaycan futbolunda xüsusi yeri, əvəzolunmaz mövqeyi var. Burada futbolu həddindən çox sevirlər. İnşallah, Gəncə futbolunun ənənəsini geri qaytarmaq üçün işlər görəcəyik".


A.Bağırov komandanı bu durumdan çıxaracağına inandığını bildirib:
"Yaxşı, döyüşkən komanda formalaşdıraraq düşdüyümüz vəziyyətdən çıxacağıq. Buna inanıram. Hamıdan bu işə dəstək istəyirəm. Azarkeşlər “Kəpəz”in güclü tərəfidir, əsas üstünlüyüdü. Komandamızı ruhlandıraq, qələbələrə səsləyək”.


Xatırladaq ki, "Kəpəz" bu gün 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalandığını açıqlayıb. Komanda 5 turdan sonra xal qazana bilməyib və sonuncu pillədədi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul