• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Barselona” ötən mövsümdəki ən yaxşı oyunçusunu havayı buraxdı

Dünya futbolu

1-09-2024, 14:0

“Barselona” son günlərdə transfer bazarında hər kəsi təəccübləndirməkdədi.

Belə düşünmək olardı ki, İlkay Gündoğan həmvətəni Hans-Diter Flikin ideyalarının ötürücüsü və gənc komandanın dayağı olacaq. Ancaq mövsümün startından bir həftə ötməmiş komandanın ən statuslu oyunçularından biri artıqlıq etdi. “Barsa”nı tərk edən futbolçu tezliklə “Mançester Siti” ilə müqavilə imzalayacaq.

Bu tarixçə absurddu. İlkayın “Barsa” ilə müqavilə bağlaması böyük uğur sayılırdı, veteran elə ilk mövsümdə komandanın ən yaxşı oyunçusu sayıldı. Ancaq cəmi bir ildən sonra onu azad agent kimi buraxırlar. Axı bu necə ola bilər?

Əslində hər şey göründüyü qədər sadə deyil. Gündoğanın gedişinin əsas səbəbi puldu. “Barselona” hələ Dani Olmonun müqaviləsini qeydiyyatdan keçirə bilmir. Kataloniyalıların maliyyə problemləri ilə bağlı elə qəzetimizin bu sayında oxuya bilərsiz (bax: səh. 9). Klub hələ ki “1:1” qaydası ilə çalışmır, yəni elə səviyyə çıxmayıb ki, yalnız qazandığını xərcləsin. Bu isə kataloniyalıların transfer bazarında manevr imkanlarını daraldır. Sadə dildə desək, “Barselona” “transfer pəncərəsi”nin son həftəsinin startı ərəfəsində əməkhaqqı fondunu yüngülləşdirməliydi. Arauxonu zədə üzündən satmaq mümkün olmadı, De Yonq, Levandovski və Lanqlenin maaşı yüksəkdi, heç birinin getmək niyyəti yoxdu, Fati lazaretdədi. Bir sözlə, bunların heç biri ilə vidalaşmaq mümkün deyilsə, Gündoğan getməlidi.

Vergiləri də nəzərə alsaq, türkəsilli futbolçunun maaşına bir il ərzində 18 milyon avro gedib. Bu isə komandada 3-cü ən yüksək maaşdı. Yüksək ödənişli futbolçulardan birindən qurtulmaq lazım idi. Çıxılmaz vəziyyətdə qalan klub seçimi Gündoğanın üzərində saxladı.

Hərçənd belə söhbətlər də gəzir ki, məsələ təkcə İlkayın maaşı ilə bağlı deyil. Onun xanımı bildirib ki, “Barselona” ailəyə “Mançester Siti” qədər diqqət göstərmir.

Həmçinin İlkayın paltardəyişmə otağında lider kimi qəbul olunmamasıyla bağlı da şayiələr dolaşır. Guya yarımmüdafiəçi komanda yoldaşlarına münasibətdə çox tələbkar olub, bu isə kollektiv daxilində əsəbilik yaradıb. Əlbəttə, bu yöndə hələ ki elə bir təsdiqləyici açıqlama yoxdu, ancaq Gündoğanın ötən mövsüm PSJ-dən alınan məğlubiyyətdən (1:4) sonra necə qalmaqal yaratdığını xatırlayırsızmı? O, qırmızı vərəqə alan Arauxonu ictimaiyyət önündə tənqid etdi. Sonra üzr istəsə də, incikliyin izi qaldı. Komandası “el klasiko”da uduzandan sonra da bunun yolverilməz olduğunu demişdi.

“Mundo Deportivo”ya inansaq, İlkayın ayrılmasının daha bir səbəbi Dani Olmonun kluba gəlişidi. Guya Avropa çempionu komandaya qoşulandan sonra Gündoğan baş məşqçiyə lazım olduğuna əmin deyil. Bəlkə də Flik daha gənc və hərəkətli futbolçulara güvənməyi planlaşdırır, Gündoğan isə bu modelə uyğun gəlmir. İlkayı buraxmaq çox riskli qərardı, çox güman, kataloniyalılar mövsümün gedişində onun mərkəzdəki yoxluğunun acısını çəkəcək. Ancaq bu fikirlə da razılaşaq ki, Flik rəhbərliyə veteranın ona lazım olduğunu desəydi, bəlkə də saxlayardılar. “Barsa”nın 4-2- 3-1 sxemində hücumçunun arxasında oynamağa Pedri, Olmo, Fermin və Rafinya da iddialıdı.

İlkaya maraq göstərən ilk klub “Fənərbaxça” oldu. Joze Mourinyo böyük məmnunluqla belə təcrübəli futbolçunu sərəncamında görmək istəyərdi. Üstəlik Gündoğan tarixi vətəni haqda həmişə xoş sözlər söyləyir. Ancaq bu variant alınmadı: “Barsa” 15 milyon kompensasiya istədi, elə İlkay özü də Türkiyədə oynamaq niyyətində deyil. Hələ də top səviyyədə oynamağa hazır olduğunu düşünür.
Ortada karyeranda sənə ilk dəfə Çempionlar Liqasını qazandıran baş məşqçi amili də var. Xavbek onu “Siti”də gözləyib-gözləmədiklərinə əmin olmaq üçün Qvardiola ilə zəngləşdi. Pep əməkdaşlığı davam etdirməyə razılıq verdi. Çox güman, Gündoğan artıq meydanın mərkəzində həlledici fiqur olmayacaq, hərçənd Qvardiola onun gedişi ilə komandanın çox şey itirdiyini dəfələrlə vurğulayıb. İndi Kovaçiçlə Nuneş da var. Ancaq ən azı atmosfer və paltardəyişmə otağında komandaya təsir göstərmək baxımından İlkayın “Siti”yə faydası dəyəcək.
Özü də şərtlər tam üst-üstə düşür – “Barselona” bu keçidə mane olmadı, almaniyalı futbolçunu pulsuz buraxdı. Əvəzində İlkay ikiillik maaşından imtina etdi. İnternetdə artıq Mançester hava limanında çəkilən kadrlar var. Pep Gündoğanı təyyarənin pilləkənində qarşılayıb. Bəli, son bir ildə İlkay məhz belə peşəkar və isti münasibətin olmamasından əziyyət çəkib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-06-2023, 21:0

Gündoğan nə vaxt “Barselona”lı olacaq?

Dünya futbolu

31-03-2023, 19:0

Gündoğan “Barselona” ilə anlaşıb

Dünya futbolu

22-08-2022, 14:0

"Barselona" yeni transferini qeydiyyatdan keçirə bilmir

Dünya futbolu

10-08-2023, 23:0

Gündoğan adekvat addım ata bilər

Dünya futbolu

22-06-2023, 22:0

Gündoğan artıq “Barselona” ilə anlaşıb?

Dünya futbolu

30-07-2024, 20:0

“Leyptsiq” “Barsa”nın ilk təklifini geri çevirdi

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə