• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kəpəzin ətəyində intriqa yuvası və Şükürovun təslim olması - TƏHLİL

Manşet / Yazarlar

31-08-2024, 16:0

“Futbol+”in səhifələrində “Kəpəz”in problemlərindən çox yazmışıq. Ancaq Gəncə futbolu düzəlmir ki düzəlmir.

Demək olar ki, hər mövsüm komandaya yeni baş məşqçi və futbolçular gəlib-gedir. Dəyişməyən yeganə sima isə İdarə Heyətinin sədri İlqar Nadiridi. Bəlkə yaşananların səbəbkarı məhz rəhbər şəxsdi? Bu suala qayıdacağıq, amma Adil Şükürovun istefasından başlayaq.

Baş məşqçinin təslim olması
Bəli, Adil bəyin istefa ərizəsini belə adlandıra bilərik. Ona görə ki, “ən asan şey qaçmaqdı. Heç kimin qarşısından qaçan deyilik. Qaçmaq qorxaqlıqdı” sözlərininın ardından gələn istefa qərarı gözlənilməz oldu. Görəsən, mütəxəssisi bir neçə gün əvvəlki iddiasını tapdalamağa nə vadar etdi? Təbii ki, “Kəpəz” son illərdə nəticələriylə yox, məhz söz-söhbətlə gündəmə gəldiyindən başqa səbəb axtarmaq çətindi. “Sarı-göylər”in bir çox sabiq futbolçusununŞükürovdan narazı qaldığı da bəllidi. Həmçinin baş məşqçi yeni qurulan komanda üçün futbolçuları məhz özü seçib. Yəni indiyə qədər keçirilən 4 oyunda uğur qazana bilməyən kollektiv mütəxəssisin əsəridi. Durum elədi ki, “Kəpəz” nəinki qol vura bilmir, təhlükəli vəziyyət yaratmağa belə qadir deyil. Ötən mövsüm sabiq baş məşqçi Azər Məmmədovla köməkçisi Eibar İbrahimovun qurduğu heyət sayəsində “sarı-göylər”i premyer-liqada saxlaya bilən Adil bəyin məharəti yeni “futbol ili”ndə bəlli olacaqdı. Məlum oldu ki, çalışdırıcı nə qədər bacarıqlı olsa da, seleksiya yönündə öyrənməli olduğu çox şey var. O başqa məsələ ki, “Kəpəz” yay fasiləsi zamanı futbolçuların performansını, sadəcə, “yutub” vasitəsilə təhlil edib. Ümumiyyətlə, Şükürov istefa verməklə karyerasını xilas etdi. Bəlkə elə “Kəpəz”in gələcəyini də. Amma komanda elitanı tərk etsə, günahkarlardan biri də Adil bəy olacaq!

Nadirinin bilinən səhvləri
“Kəpəz” azarkeşlərinin rəhbərdən narazı olduğu sirr deyil. Onlar bunu istər oyunlarda, istərsə də sosial şəbəkələrdə gedən müzakirələr zamanı dilə gətirir. Hətta ara-sıra istefasını da tələb edirlər ki, Nadiri kreslosunu itirmək istəmir.
Bilindiyi kimi, “sarı-göylər”in ötən mövsümdəki heyəti o qədər də zəif deyildi. Komandanın zamanla daha yaxşı nəticələr əldə edəcəyi hiss olunurdu. Lakin yay fasiləsində xeyli oyunçu başqa klublara üz tutdu. Bunun əsas səbəbi isə maliyyə ilə bağlıdı. Əldə etdiyimiz məlumata görə, futbolçuların yeni tələbləri, sadəcə, cüzi maaş artımı imiş. Bəli, “Kəpəz”in maliyyə dayaqları güclü deyil. Nə hikmətdisə, kluba sponsor tapmaq da müşkülə çevrilib. Əlini cibinə aparmaq istəməyən Nadiri Şükürovun seçimlərinə güvənib ki, qaş düzəldən yerdə göz çıxarıblar. Halbuki klubun sponsor tapması və əvvəlki əzəmətini qaytarması belə çətin görünməməliydi.
Redaksiyamıza daxil olan bilgiyə görə, srağagün rəhbərliklə azarkeşlər arasında görüş keçirilib.Tərəfdarlar Nadiriyə düzgün baş məşqçi seçimi və qələbələrin sıralanmasını gözlədiklərini, əks halda rəhbərliyin istefasını tələb edəcəyini bildirib.

Kəpəzin ətəyində intriqa yuvası
“Kəpəz”in daxilində ciddi intriqaların olduğu haqda məlumat əldə etmişik. Nəinki komandada, vəzifəli şəxslər arasında da anlaşmazlıqlar son həddə çatıb. Səmimi münasibətlərin pozulması, rəhbər şəxslərin fikir ayrılığı, imkanların düzgün istiqamətdə səfərbər edilməməsi klubu uçuruma aparan səbəblər sırasındadı. Redaksiyamıza daxil olan bilgiyə görə, vəzifə bölgüsü də ədalətli tərzdə aparılmır. Qısası, Əlinin papağı Vəlinin, Vəlinin papağı Əlinin başındadı. Cabir İbrahimovun icraçı direktor vəzifəsinə təyinatından sonra belə hallar daha da intensivləşib. İlqar Nadirinin idarəçilik qabiliyyətini itirməyə doğru getməsi də vəziyyəti korlayır. İndi nəinki azarkeşlər, bütün Gəncə əhli “Allah köməyin olsun, “Kəpəz” deməkdən başqa çarə tapa bilmir.

“Kəpəz” üçün iki namizəd
Klub yeni baş məşqçi axtarışına başlayıb. Təyinat rəsmiləşənə qədər komandanı oyunlara əvəzedici heyətin rəhbəri Xaliq Mərdanov çıxaracaq. Nadirinin bu posta gətirmək istədiyi birinci mütəxəssis isə Azər Bağırovdu. Tezliklə çalışdırıcıyla danışıqlara start veriləcək. İkinci seçim Azər Məmmədovun dövründə komandada köməkçi məşqçi kimi çalışan Etibar İbrahimovdu. Lakin böyük ehtimalla Etibar bəylə sövdələşmə alınmayacaq. Ona görə ki, mütəxəssis “Kəpəz”də çalışmaq arzusunda deyil. “Sarı-göylər”in hələ ki alternativ variantı yoxdu. O bəllidi ki, yeni baş məşqçisi çox çətin sınaqla qarşı-qarşıya qalacaq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

31-08-2024, 14:0

Səhvini vaxtında düzəldən Adil Şükürov – YAZI

Premyer-liqa / Manşet

23-08-2024, 21:0

“Heç kimin qarşısından qaçan deyilik” - Adil Şükürov

Premyer-liqa

20-11-2023, 18:0

Adil Şükürovun köməkçiləri bəlli oldu

Ölkə futbolu / Manşet

15-07-2024, 09:0

SON DƏQİQƏ - Adil Şükürovu suçlayan futbolçu "Kəpəz"dən göndərildi

Ölkə futbolu / Manşet

20-11-2023, 14:0

"Kəpəz"də ara qarışdı: İlqar Nadirinin istefası üçün zəmin hazırlanır

Premyer-liqa / Manşet

1-05-2024, 23:0

“Kəpəz”in uğurlarına sevinən ən birinci adamlardanam”

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə