• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ötən həftənin sitatları

Dünya futbolu

21-08-2024, 20:0

Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Daha bir neçə rekord qırmaq, daha çox xal qazanmaq lazımdı. Yeni mövsümdə də 89 xal çempionluq üçün kifayət etməyəcək. Premyer-liqada rəqabət aparmaq hər mövsüm çətinləşir, biz yenidən təkmilləşməli olacağıq. İdealın nə olduğunu bilmirəm, amma son illərdə gördüyümüz işlər ideala çox yaxın olmalıdı. Mövsüm ərəfəsində komandadakı bütün oyunçularla bir araya gəldik, futbolçular mənə “daha yaxşı oynayacağıq, bunu edəcəyik. Biz də daha çoxunu istəyirik” dedilər. Onlar bu ambisiyanı özləri idarə edirlər. Klub kimi inkişaf etməyimiz çox vacibdi”.

Uli Höness, “Bavariya”nın direktorlar şurasının üzvü:
“Real”ın bizim kimi eyni qayğıları var: hansısa məqamda hər şey sona çatır. UEFA və FİFA-nın bəzi məmurlarının həyata keçirməyi planlaşdırdıqları layihələr ağılsızlıqdı. Gələn ilə təyin olunan Klublararası Dünya Çempionatı növbəti problemləri ortaya çıxaracaq (turnirin yeni formatında 32 komanda mübarizə aparacaq – R.Y.). İdman getdikcə daha pis görkəm alır, futbolçular müasir dövrdə daha çox zədələnirlər”.

Niklas Füllkruq, “Vest Hem”in hücumçusu:
“Burda olmağıma şadam və yeni komanda yoldaşlarımla meydana çıxacağım anı səbirsizliklə gözləyirəm. Fikrimcə, İngiltərə premyer-liqası dünyanın ən yaxşı çempionatıdı. Hazırda İngiltərəyə köçüb “Vest Hem” kimi böyük klubda oynamağın əsl vaxtıdı”.

Can Pyero Qasperini, “Atalanta”nın baş məşqçisi:
“Real”a qarşı matçı yaxşı keçirəcəyimizə və rəqibə problemlər yaradacağımıza əmin idim. Oyunun axarı rəqibin ilk qolundan (“Real” Avropa Superkuboku matçında 2:0 hesabı ilə qalib gəlib – R.Y.) sonra büsbütün dəyişdi. Elə qaça biləcəyimiz ikinci qol da oyunumuza mənfi təsir etdi. Rəqibin qələbəyə layiq olduğunu deməliyəm. Matça yaxşı başladıq, Kurtua superseyv etməsəydi, hesabı biz açacaqdıq. Sonra Lukmanın əla şansı oldu, o, sol ayağı ilə qapının boş tərəfinə zərbə endirə bilərdi. Belə matçlarda hesabı açan komanda böyük üstünlük qazanır: yalnız müdafiəni düşünə bilməzsən, hücuma atılmaqla isə rəqibə əks-hücum şansı vermiş olursan. Gərək ilk hissədə effektli oynayaydıq, qalan məsələlərin əsasını təcrübə amili təşkil edir. Sözsüz, belə matçda iştirak komandamız üçün təcrübə deməkdi. Amma təcrübə sən qələbə qazananda daha dəyərli olur. Komandamla əvvəlki kimi fəxr edirəm. Amma eyni zamanda nəticəyə görə təəssüflənirəm. Çünki belə şans nadir hallarda ələ düşür”.

Toni Kroos, Almaniya yığmasının sabiq yarımmüdafiəçisi:
“Onlar karyeraları boyunca uğura aludə olublar. Messi ilə Ronaldonu dayandırmaq olmaz. Və onlar karyeralarını zirvədə başa vurmaq istəmədilər. Bütün oyunçuların 95 faizi kimi... Ronaldo ilə Messi futboldan bir az da həzz almağa qərar verdilər. Bu, yaxşı bir yoldu. Amma o da aydındı ki, Madridi tərk edəndən sonra Kriştianonun işləri heç vaxt “Real”dakı kimi yaxşı getmədi. Əminəm ki, o, bunu özü də bilir”.

Xabi Alonso, “Bayer-04”ün baş məşqçisi (yoxlama oyununda “Arsenal”a 1:4 hesablı məğlubiyyətdən sonra keçirilən mətbuat konfransındakı çıxışı):
“O, həmişə “rəqabətədavamlı heyvan” olub. İndi onun möhtəşəm layihə yaratdığını görə bilirik. Bir müddət əvvəl görə bilirdik ki, qələbələr qazanmaq istəyir və buna hazırlaşırdı. İndi “Arsenal”da Artetanın qərarlarının bəhrəsini görürük”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Kilian futbolçu keyfiyyətlərini komandamızda da göstərəcək. Klubdakı hər kəs onun burada olmasına görə çox xoşbəxtdi. Azarkeşlər, oyunçular, məşqçilər... Hamımız Mbappeni burda gördüyümüz üçün şadıq. Əminik ki, onun üçün hər şey yaxşı olacaq. Sıralarımıza daha hansı oyunçu qoşula bilər? Bizim üçün “transfer pəncərəsi” artıq bağlanıb (“Real” bu yay iki futbolçunu - Kilian Mbappe ilə Endriki heyətinə cəlb edib – R.Y.). Mən rəhbərlikdən başqa heç bir transfer istəməyəcəyəm”.

Pepe, Portuqaliya yığmasının sabiq müdafiəçisi:
“Yolumu davam etdirmək üçün mənə müdriklik verdiyinə görə Tanrıya şükür edirəm. Mənə inanan bütün klub prezidentlərinə təşəkkür etməyə bilmərəm. Olduğum bütün klubların bütün əməkdaşlarına minnətdaram. Məni hər gün daha da böyüməyə və yarışmağa sövq edən bütün komanda yoldaşlarıma, məşqçilərimə minnətdaram. Futbola səyahətimin ruhu olan bütün azarkeşlərə də “çox sağ olun” deyirəm. Bütün dostlarıma və ailəmə, xüsusilə də mənim evim olan həyat yoldaşıma təşəkkür edirəm. İndi yaşıl meydanı təmiz vicdanla tərk edə bilərəm. Hamınıza təşəkkür edirəm”.

Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi:
“O, fantastik potensiala malikdi. Bu həftə Matteys 25 yaşını tamamladı. O, hələ yeniyetmə və gənc yaşlarında “Ayaks”, “Yuventus” və “Bavariya”nın heyətində ümumilikdə 375 matç keçirib. Bu inanılmazdı, amma De Liqtin ən yaxşı illəri hələ qabaqdadı. O, əla vərdişlərə, xarakterə və fərdi keyfiyyətlərə malikdi. Onun kimi futbolçunu komandamızda gördüyüm üçün çox şadam. Yeri gəlmişkən, Kazemironun klubdan ayrılacağına dair heç bir əlamət görmürəm və biz buna çox şadıq”.

Kriştiano Ronaldo, “Əl-Nəssr”in hücumçusu:
“Sənin mənim üçün nə dərəcədə vacib oyundaş olduğunu ifadə etmək üçün sözlər kifayət etmir. Biz birlikdə mümkün lan çox şey qazanmışıq. Amma titullardan daha əhəmiyyətli olan sənlə dostluğum və sənə hörmətimdi, Pepe”.

Ederson, “Mançester Siti”nin qapıçısı:
“Fərziyyələrə son verin. Məşqçim və direktorumla danışdım. Təbii ki, ailəmlə də məsləhətləşdim. Bu, ortaq qərar idi. Biz daha bir neçə il “Mançester Siti”də qalırıq. Gələcəyimin hələ müəyyənləşmədiyini deyəndən sonra bir neçə təklif aldım. Təbii ki, media çox şey iddia edir, bəzən bir az uydurur. Amma indi mənim gələcəyimlə bağlı qərar verilib, xüsusilə də Qvardiola ilə söhbətdən sonra. Mən indi bütün diqqətimi “Siti”də oynamağa yönəltmişəm”.

Hans-Diter Flik, “Bavariya”nın baş məşqçisi:
“Olmo “Valensiya” ilə matça hazır deyil. Hazırda onun fiziki durumu mövsümün ilk matçında oynamaq üçün kifayət etmir. Dani təlim-məşq toplanışına çox gec qoşulub. Meydana çıxan hər kəsin 100 faiz hazır olması vacibdi”.

Kilian Mbappe, “Real”ın hücumçusu:
“Hücumçu üçün cərimə meydançasında olarkən əsas vəzifə daim hərəkətdə olmasıdı. Sən dayana bilməzsən. Ona görə ki, vəziyyət oyunçuların nə etməsindən asılı olaraq daim dəyişir. Sağa doğru hərəkət et, sola doğru hərəkət et, hər şey bir andaca dəyişə bilər! Bellingemin nə etdiyinə həmişə diqqət yetirmək lazımdı. O, əvvəlcə sola doğru qaçdı, sonra sağa yönəldi, buna görə mən də istiqamətimi dəyişib ondan ötürmə gözlədim. Amma dayanmadım. Cud mənə gözəl ötürmə verdi və mən topu qapıya göndərdim”.

David De Xea, “Fiorentina”nın qapıçısı:
“Mançester Yunayted” həmişəlik qəlbimdə yaşayacaq top-klubdu. Bu komandada 12 il ərzində unudulmaz anlar yaşadıqdan sonra karyeramı başqa yerdə davam etdirmək mənim üçün çətin idi. Bir il işsiz qaldım və indi “Fiorentina”da futbolçu həyatımın yeni səhifəsini açıram”.

Fransesk Fabreqas, “Komo”nun baş məşqçisi:
“Rafaelə görə çox təəssüflənirəm. O, karyerası ərzində çox sayda zədə alıb. İndi də dizindən xəsarət alıb. Amma dəqiq heç nə deyə bilmərəm. Varanın zədəsinin nə dərəcədə ciddi olduğu haqda həkimlər fikir bildirəcəklər”.

Bruno Fernandeş, “Mançester Yunayted”in yarımmüdafiəçisi:
“Bu yay bir sıra təkliflər almışdım. Klub gedə biləcəyimdən xəbərdar idi. Amma rəhbərlik mənə yeni təklif irəli sürdü və mən də tərəddüdsüz qəbul etdim”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-06-2024, 12:0

Artetanın aqibəti məlum oldu

Dünya futbolu

31-01-2024, 10:0

Arteta “Arsenal”ı “Barselona”ya dəyişəcək?

Dünya futbolu

8-02-2023, 21:0

Arteta ilə Reşford hamını qabaqladı

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 728
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 494
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə