Həbib 302 milyon rubl borcunu ödədi

18.08.2024 16:55 320
Dünya futbolu
2020-ci ilin oktyabrında karyerasını bitirən dağıstanlı UFC döyüşçüsü Həbib Nurməhəməmmədovun Rusiyanın vergi orqanları ilə problem yaşamasından xəbərdarsız.

Xatırladaq ki, avqustun 6-da məhkəmə pristavları onun 79 milyon rublluq əmlakına həbs qoymuşdu. İyulun 5-də açılan iş çərçivəsində Həbibə Rusiya ərazisini tərk etmək qadağası da qoyulmuşdu. Halbuki o, maydan bəri vətənində olmayıb.
Nəhayət, srağagün sabiq döyüşçünün nümayəndələri Federal Vergi Xidmətin olan borcun ödənildiyini xəbər verir. Söhbət 302 milyon rubldan gedir.