• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ: müqavimətsiz və Mbappe ilə qazanılan son çempionluq

Dünya futbolu

18-08-2024, 10:0

PSJ ardıcıl 3-cü dəfə çempion oldu və hadisələrin belə axarı artıq heç kimi təəccübləndirmir.

Yeri gəlmişkən, paytaxt klubu ölkə kubokunu da qazandı. Bu uğurda Luis Enrikenin böyük əməyi var. İspaniyalı mütəxəssis indiyə qədər müstəqil görünən ulduzları vahid komanda şəklində birləşdirə bildi. Lap tutaq ki, müntəzəm diqqət mərkəzinə düşən Kilian Mbappe ümumi fonda bir qədər seçildi. Amma PSJ son mövsümdə heç vaxt olmadığı qədər əsl komanda təsiri bağışladı. Enrike fərdi ustalıq hesabına titullar qazanan, ancaq komandadakı mühiti korlayan bir çox “zəhərli” ulduzdan qurtula bildi. Onların yerini isə əməksevər futbolçular tutdu. Vitinyanı, Uqarteni götürək. Düzdü, PSJ Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə bacarmadı. Ümumilikdə Enrikenin yenilənmiş və Mbappe ilə vidalaşan komandasının növbəti mövsüm necə təsir bağışlayacağı maraq doğurur.

Fransada ÇL-ə qalan vəsiqələr uğrunda da amansız mübarizə getdi, son ana qədər intriqa qorundu. Mövsüm boyunca 2-ci pillə əldən-ələ keçdi. Xüsusən də mövsümün müəyyən bölümündə möhkəm müdafiəsi ilə seçilən “Nitsa”, həmçinin nəinki Fransa, hətta Avropa futbolunun əsas kəşflərindən olan “Brest” uzun müddət 2-ci yerdə qərarlaşdı. Bu komandalar 1-ci dövrədə hətta lider olmağa da imkan tapdı. Ancaq sona yaxın təcrübə önə çıxdı. Mövsümə yaxşı başlayan, ortalarda büdrəyən “Monako” sonda çempion PSJ-nin əsas izləyicisi oldu. “Brest”lə “Nitsa” mövsümün sonunda sanki “gücdən düşdü”, belədə “Lill”in 3-cü yeri tutmaq şansı artdı.
“Lill” ilə bağlı durum təzadlıdı, hətta bəzilərinə ədalətsizlik kimi də görünə bilər. Ona görə ki, komandanın oyunçu seçimi yaxşıdı, yaxşı çalışdırıcısı var, “şimallı itlər” elə meydanda da baxımlı, maraqlı oyun göstərirlər. Bir ara liderlər qrupunda möhkəmlənən “Lill” son turda “Nitsa” ilə oyunda qələbəni dramatik şəkildə əldən verərək “Brest”in ilk “3-lüy”ə qayıtmasına şərai yaratdı. Odu ki, məhz “Brest” PSJ və “Monako” ilə birgə Fransanı ÇL-in qrupunda təmsil edəcək. Belə sonucu heç kim gözləmirdi. “Lill” isə qrupa düşməkdən ötrü təsnifat mərhələsini adlamalıdı.

Avrokuboklara qalan vəsiqələrə gəlincə, “Nitsa” və “Lion” Avropa Liqasının qrupunda, “Lans” isə Konfrans Liqasının pley-offunda oynayacaq. Sonda 5-ci yeri tutan “Nitsa”dan başlayaq. “Qartallar” azarkeşlərə Fransa çempionatının keçmişini xatırlatdı. Həmin dövrü ki, oyunlar həddən artıq qeyri-məhsuldar keçirdi, 0:0 hesabı çox populyar idi. Onda, adətən, qapısını toxunulmaz saxlayan, necəsə rəqib qapısına yol tapan komandalar qalib gəlirdi. “Nitsa” çempionatın ilk yarısında məhz belə komanda idi. “Qartallar” hətta bir müddət zirvəni də heç kimə vermədi. Onların 1:0 hesablı qələbələri həm heyran edir, həm də qorxudurdu. Ancaq müasir futbol tədricən “sözünü dedi”, “Nitsa” aşağı sürüşməyə başladı. Uzun müddət 2-ci yerdə dayansalar da, mövsümü 5-ci pillədə tamamlamalı oldular.
Qeyd etmək lazımdı ki, “Nitsa” bütün qapalı oyun elementlərinə rəğmən, zaman-zaman parlaq, məhsuldar oyunların da iştirakçısı olurdu. Əslində komandanın hücum futbolu oynamağa qadir heyəti də var. Avropa Liqası “qartallar”ın özünü göstərməsi üçün ideal platformadı.

Elə “Lion” üçün də. Bu komanda ilə bağlı tarixçə daha maraqlıdı. Sahibini dəyişən “şirlər” qeyri-adi sürətlə aşağı yuvarlanmışdı. Mövsümün ilk yarısı onlar üçün, ümumiyyətlə, faciəvi keçdi. Əsrin əvvəlində titulları sıralayan klub bu dəfə elitadan düşmək təhlükəsi ilə üz-üzə idi. Belə mənzərə uzun müddət davam etdi. Yalnız Pyer Saj baş məşqçi postuna dəvət olunandan sonra “şirlər” üçün intibah dövrü başladı. Bundan başqa, qışda heyətdə də sabitlik yaratmaq mümkün oldu. Məşqçi korpusu sərəncamında olan futbolçularla ciddi şəkildə çalışmağa başladı. Onların bir çoxunun səviyyəsi, yumşaq desək, klubun əvvəlki şan-söhrətinə uyğun olmasa da belə...

Lazımi anda “Lion”u arxasınca daşıyan liderlər tapıldı. Əlbəttə, söhbət ilk növbədə Lakazettdən gedir. “Lion” mövsümün 2-ci yarısının ən yaxşı komandalarından oldu. “Şirlər” ölkə kubokunun finalında PSJ-nin öhdəsindən gələ bilməsələr də, çempionatda yanvarda fantastik hədəf kimi görünən 6-cı yeri tutdular. Fransanın avrokuboklardakı 7-ci təmsilçisi isə “Lans”dı. Əvvəlki mövsümün əsas kəşfi olan “qan-qızılılar” bu dəfə mövsümün əvvəlini boşa verdilər. Bu üzdən sonda “Marsel”i qabaqlayıb 7-ci yeri tutmalarını da müəyyən mənada uğur saymaq olar.

Son mövsümü boşa verən komandalara da toxunaq. Aşkar autsayder “Klermon” ilə “Loryan” birbaşa aşağı dəstəyə yuvarlandı. “Mets”i isə “Sent-Etyen”lə pley-off oyunları gözləyirdi. Burda artıq futbolun ironiyasını bütün çılpaqlığıyla gördük. “Sent-Etyen”in evdə 2:1 hesabıyla qələbə qazanması dünyanın sonu deyildi. Amma “Mets” evdəki cavab görüşünün artıq 6-cı dəqiqəsində Pap Dyallonun meydandan qovulması üzündən azlıqda qaldı. Bununla belə, meydan sahibləri 25-ci dəqiqəyə qədər iki qol vurdular. “Sent-Etyen” fasiləyə qədər bunlardan birinin əvəzini çıxa bildi. Əlavə vaxtın sonunda hesabı bərabərləşdirən “Sent-Etyen” iki oyunun nəticəsinə görə elitaya yüksəldi. “Mets” isə artıq Liqa 2-də mübarizə aparacaq. Hərçənd bu komandanın aşağı dəstəyə yuvarlanmasına yananlarla müqayisədə “Sent-Etyen”in elitaya dönüşünə sevinənlərin sayı daha çoxdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

22-12-2023, 15:0

Mbappe Luis Enrikedən niyə narazıdı?

Dünya futbolu

20-07-2023, 23:0

Mbappe yeni baş məşqçiyə lazım deyil?

Dünya futbolu

29-05-2023, 13:0

Mbappe ardıcıl 4-cü dəfə bu mükafatı qazandı

Dünya futbolu

5-01-2024, 10:0

Mbappe artıq sərbəstlik qazanıb

Dünya futbolu

19-05-2022, 11:0

Fransada ən yaxşı futbolçu seçildi

Dünya futbolu

3-05-2024, 15:0

Luis Enrike Parisi tərk edəcək?

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə