"Osiyek" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında "Zirə”yə məğlub oldu.
"Football-plus.az" xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Kapitelli oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Məğlub olmağınızın əsas səbəbi nə idi?
- Öncəliklə, “Zirə” çox yaxşı komandadı. Birinci səbəb budu. Fikrimcə, ilk oyunun son dəqiqəsində buraxdığımız qol da buna səbəb idi. Həm də komandamız hesabda önə çıxdıqdam sonra zəif oynadı.
- Penaltiya hazır olduğunuzu demişdiz. Cəmi 1 oyunçunuz dəqiq oldu…
- Nə deyə bilərəm? 5 penaltidən cəmi birini vura bildik. Bizim bəxtimiz gətirmədi. Həm kifayət qədər oyunçu ala bilmədik.
- Azərbaycan klubuna məğlubiyyətə görə Xorvatiyada daha çox tənqidlərə məruz qala bilərsiz?
- Rəqiblərimizi ölkəsinə görə müqayisə etmək istəməzdim. “Zirə” çox yaxşı komandadı.
- Müdafiədən hücuma keçməkdə çətinlik çəkirdiz. Bunun səbəbi nə idi?
- Bizdə əsasən çıxış edən 15-16 oyunçu var idi. Hamısına təşəkkür edirəm. Cəmi 1 müdafiəçiylə bura gəlmişdik. “Zirə”nin məşq prosesinə baxdıqdaysa, dəyişiklik var idi. Bugünküylə müqayisədə 6 oyunçu fərq edirdi. Bəlkə daha yaxşı çıxış edə bilərdik. Ot örtüyünün durumu da buna rəsir etdi.
- Hakim idarəçiliyiylə bağlı nə düşünürsüz?
- Bunu məğlubiyyətin səbəbi kimi adlandırmaq istəməzdim. Sadəcə eyni epizodları fərqli qiymətləndirməsində çətinlik çəkirdim.
- Mktrçyanı gətirmədiyinizə görə peşmansız?
- Gətirə bilsəydik gətirərdik. Sadəcə bu qərar klubumuzun oldu. Əminəm ki, gətirsəydik yaxşı çıxış edəcəkdi.