“Penaltilər lotereyadı” - Yuri Qura

18.07.2024 23:12 353
Manşet / Avropa Liqası
"Şerif" Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Zirə"ni məğlub edərək növbəti raunda yüksəlib.

“Football-plus.az” xəbər verir ki, Moldova təmsilçisinin baş məşqçisi Yuriy Hura oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Penaltilər lotereyadı. Çətin oldu. Qələbə üçün çox güc sərf etdik. Günü-gündən daha güclənirik. Bu oyuna görə futbolçularıma təşəkkür edirəm.

- Qırmızı vərəqə oyunun taleyinə nə dərəcədə təsir göstərdi?

- Təsir etdi. Amma bir neçə epizodumuz var idi, vura bilmədik. Standart vəziyyətdən yenə qol buraxdıq. Önəmli olan odur ki, Bakıdan evə qələbə ilə dönürük.

- Bu dəfə Əyyub Allaşı sonradan oyuna buraxdınız və matçın qəhramanı oldu. Niyə onu ilk dəqiqələrdən meydana buraxmadınız? Gizli silahınız idi?

- Özünüz buna cavab verdiniz. Allaş bizim bugünkü "coker"imiz idi. Tam hazır deyil. Ancaq şans verdik.