Sterlinq “Çelsi”ni hansı kluba dəyişəcək?

12.08.2024 13:51 429
Dünya futbolu
Rahim Sterlinq bu ay “Çelsi”ni tərk edə bilər.

Onun paytaxt klubunu “Yuventus”a dəyişə biləcəyini “Sky Sport” xəbər verib. Bu mənbə İtaliya klubunun təcrübəli futbolçunun keçidi ilə bağlı danışıqlara başladığını iddia edir.

Sterlinq “Çelsi”də 2022-ci ildən çıxış edir. O, ötən müddətdə londonluların heyətində keçirdiyi 82 oyunda 20 qol vurub.