“Bavariya” onu vətəninə göndərdi

12.08.2024 12:37 363
Dünya futbolu
“Bavariya” Brayan Saraqosanı icarəyə verib.

Münhen klubunun mətbuat xidmətinin məlumatına görə, ispaniyalı vinger 2024/25 mövsümünü ölkəsində - “Osasuna”da keçirəcək.

Qeyd edək ki, “Bavariya” ilə 2029-cu ilin yayınadək müqaviləsi olan Saraqosa ötən mövsüm bütün turnirlərdə 58 oyunda meydana çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul