“Qaziantep” Enrik Saborit ilə Kənan Kodronu heyətinə qatıb.
“Football-plus.az” xəbər verir ki, “Atletik”in yetirməsi olan Saborit 2018-dən bəri Təl-Əviv “Makkabi”sinin şərəfini qoruyurdu. 32 yaşlı ispaniyalı mərkəz müdafiəçisi ilə birillik müqavilə imzalanıb. Bosniya və Hersoqovina yığmasının üzvü olan Kodro isə “Ferentsvaroş”a məxsusdu. 30 yaşlı forvard birilliyə icarəyə götürülüb.