“Qarabağ”ın avrokubok matçından öncə daha bir qapıçısı zədələnib. “Köhlən atlar”ın dünənki məşqində Şahruddin Məhəmmədəliyev gözlənilməz vəziyyətlə qarşılaşıb.
“Football-plus.az” xəbər verir ki, qolkiperin əlindəki köhnə zədə yenidən ona problem yaradıb. Bu üzdən bugünkü matçda komandasına kömək edə bilməyəcək. Hətta onun təkrar əməliyyat olunacağı da deyilir. Qapıçının “Football-plus.az”a cavabı “hələ ki gözləyirəm” oldu.
Xatırladaq ki, Ağdam klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda bu gün “Ludoqorets”i qəbul edəcək.