Krisensio Sammervill “Lids”i tərk edib.
“Football-plus.az” xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi bir İngiltərə klubundan digərinə keçib. O, yeni mövsümə “Vest Hem”də başlayacaq. London klubu niderlandlı futbolçuya görə təxminən 30 milyon avro ödəyib. Krisensionun “Vest Hem” ilə imzaladığı müqavilə “5+1 il” sxemi üzrə rəsmiləşib.
O, çempionşipin son mövsümünün ən yaxşı oyunçusu seçilib.
Krisensio mövsüm ərzində 20 qolun və 9 məhsuldar ötürmənin müəllifi olub.